• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Əsas stil qaydaları haqqında - Fotolar

Əsas stil qaydaları haqqında - Fotolar

Zövqlərin və rənglərin mübahisəsiz olduğunu yəqin ki, bilirsiniz. Yenə də dəb və stil mövzusunda ümumi qəbul edilmiş, yazılmış və yazılmamış bəzi qaydalar var. Hansı ki, ondan hər bir qadın mütləq xəbərdar olmalıdır. Tabloid.az stil haqqında əsas qaydaları təqdim edir:

Yaxşı görünmək tamamilə insanın ən yaxşısını tapması ilə bağlıdır... Aşağıdakı əsas bir neçə qayda qarderob fəaliyyətinizdən daha çox faydalanmağı, stil sahibi olmağı və yaxşı görünmək naminə düzgün seçimlər etməyinizə kömək edəcək.

Əsas stil qaydaları

Bədən quruluşunuzla bağlı müsbət cəhətlərinizin fərqində olun və bu istiqamətləri vurğulayan paltarlar geyin.

Ya sinə, ya da ayaq dekoltesinə üstünlük verin. Heç vaxt ikisini birdən geyinməyin!

Əgər bel ətrafında piylər varsa və ya yüngül qarın varsa, tökülən geyimlərə üstünlük verin.

Əgər boynunuz qısa və ya köksünüzsə, daha uzun və zərif göstərmək üçün boynu açıq paltarlar geyinin.

Paltarlarınız çox dar və ya bədəninizə yapışarsa, daha kök görünərsiniz.

Rənglərdən necə istifadə edək?

Parlaq parçaları və çox canlı rəngləri bədəninizin diqqəti qaldıra biləcək bölgələrinə yönəldin.

Əgər dəri tonunuz solğundursa, gözlərinizin altında tünd halqalar və ya torbalar varsa, qara rəngi üzünüzə yaxın yerlərdə istifadə etməyin. Çünki bütün marağı üzünüzə çəkirsiniz.

Qaranı canlı rənglərlə uzlaşdırmaq yaxşı fikir deyil. Çünki qara olduqca sıxıcıdır, canlı rənglərlə isə çox bəsit görünür.

Əgər kiçicik, xırda bədən quruluşunuz varsa və ya iri quruluşlu bədəniniz varsa, alt və üst hissələr arasında çox dramatik rəng təzadının olmamasına diqqət edin. Bu zaman bədən qüsurları daha çox ön plana çıxır.

Alt paltarı

Büstqalterin həmişə geyindiyiniz geyimlə eyni rəngdə və ya daha açıq rəngdə olmasına diqqət edin.

Əgər sinəniz böyükdürsə, sizin üçün tam oturan büstqalter geyinmək çox əhəmiyyətlidir. Yaxşı büstqalter sinəni yığır və belinizin ortaya çıxmasını təmin edir. “Balkonet” modeli büstqalterlər iri döşlü qadınlar üçün çox uyğundur.

Çox zəif olmadığınız müddətdə incə asqılı büstqalterdən çəkinin. Əks təqdirdə arxa asqılar dərini çox sıxışdırır və paltarlarınız çox pis görünür.

Əgər sinəniz balacadırsa incə asqılar yetərli dəstəyi təmin edir. Büstqalter gözəl və qəşəng olduğu müddətdə incə asqıların paltarların altından görünməsinin heç bir eybi yoxdur.

Şəffaf geyimlərin və açıq rəngli paltarların altına daim dəri rəngli büstqalterlər geyinin.

Ətəyiniz nazikdirsə, bədəninizi əhatə etmirsə, strinq yerinə mütləq dəri rənginizə uyğun normal alt paltarına üstünlük verin.

Əgər ayaqlarınızda və bud hissəsində əyani sellülit varsa, qətiyyən strinq geyinməyin. Xüsusilə də nazik parçalı, bədəni bürüyən şalvarlarla çox çirkin görünür.

Aksessuarların gücü

Əgər boynunuz qısadırsa, böyük kəmərlər və boyunbağılar taxmağın.

Sinəniz çox kiçikdir və buna görə V-yaxa qolsuz köynək geyinmək sizi narahat edirsə, böyük boyunbağı taxaraq bu nahiyəni məharətlə gizlədə bilərsiniz.

Buxağınız varsa və ya üzünüz iridirsə, uzun, sallantılı sırğalara üstünlük verin.

Doğru ayaqqabı seçmək

Ayaqlarınız nazikdirsə, çox incə dabanlı ayaqqabılar geyinməyin. Çünki orqanizminizin ağırlığı altında çökəcəksiniz kimi görüntü yaranır.

Əgər vücudunuz armud formasını xatırladırsa, yumurta və ya qalın dabanlı ayaqqabılara üstünlük verməyin.

Qara ayaqqabılar ən yaxşı tünd rəngli paltarlarla uyğunlaşır. Açıq rənglərlə qara ayaqqabı geyinməyin. Ancaq çox incə (krujevalı, naxışlı) paltarlarla birlikdə istifadə etmək olar.

Geyimdə ifrata varmamaq

Heç vaxt yeni dizaynerlərdən əcaib görünüşlü çantalar almayın. Bu halda alnınıza döymə etdirmiş qədər eybəcər görünəcəksiniz.

Özünüzü qiymətli əşyalarla bəzəməyin. Təəccüblənməyin, amma qiymətli bərbəzək çox olduqda maraqsız görünür. Koko Şanel deyirdi ki, heç nə qadını başdan-ayağa bir dizaynerdən geyinmək qədər yaşlı göstərmir. Dizayner geyimini vintajla uyğunlaşdırın.

Heç vaxt rəngli dəri şalvarlar almayın. O, qarın və bud ölçülərini vizual olaraq 2 dəfə böyük göstərir. Model kimi bədən quruluşunuza etibar edirsinizsə, o halda geyinmək olar.

Eyni vaxtda hər şeyi təzə geyinməyin. Geyimin də “ruh”u olmalıdır.

Geyimlərinizi sonacan düymələməyin, bir qədər səliqəsizlik görünüşünüzə ziyan gətirməz: saçlarınızı dağıdın, yuxarı düyməni açın.

Yaşınızı da nəzərə alın!

20 ilə 30 yaşa arası: Ucuz əşyalarınızla, dartılan materialdan hazırlanan geyimlərinizlə, pirsinqlə vidalaşın.

30 ilə 40 yaş arası: Mini ətəklərlə, plastmass bijuteriya ilə, parıltılı paltarlarla sağollaşın, hətta onları yandırın!

40 ilə 50 yaş arası: Üstü heyvan şəkilli parçalar - təəssüf ki, sizin yaşınıza uyğun deyil. Eləcə də uzun saçlar sizi qorxulu göstərir. Kaşemir və məxmər parçadan tikilən məhsullar sizin yaşınız üçün lap əladır. Dar şalvarlara da “yox” deyin!

50 yaşdan dən sonra: Bahalı bəzək əşyaları taxın, mehriban olun və tez-tez gülümsəyin. 50 yaşdan sonra sizin stiliniz artıq bu olmalıdır!

Xəbər lenti

DAHA ÇOX XƏBƏR