Ukraynalı müğənnidən Günaya təbrik gəldi - Video
Bizi izləyin

Tabloid.az

Ukraynalı müğənnidən Günaya təbrik gəldi - Video

Ukraynanın xalq artisti, “Eurovision” 2007-nin ikincisi Verka Serdyuçka Azərbaycanın ən çalışqan müğənnilərindən biri olan Günay İbrahimlini Yeni il münasibətilə təbrik edib.

Ukraynanın xalq artisti, “Eurovision” 2007-nin ikincisi Verka Serdyuçka Azərbaycanın ən çalışqan müğənnilərindən biri olan Günay İbrahimlini Yeni il münasibətilə təbrik edib.

Təbrik mesajını müğənni video görüntü şəklində sosial şəbəkədə paylaşıb.

Tabloid.az Günay İbrahimli ilə əlaqə saxlayıb. Müğənni təbrik mesajının həqiqətən də Verka Serdyuçka tərəfindən olunduğunu təsdiqlədi. “Ukraynada çoxlu həmyerlilərimiz yaşayır. Onların arasında mənim heyranlarım da çoxdur. Mütəmadi olaraq mesajlarını sosial şəbəkədən oxuyuram. Bu təbrik mesajını da Ukraynada yaşayan heyranlarımdan biri təşkil edib. Sayıb təbrik edən, ürəklə görülən hər bir iş üçün təşəkkürümü bildirirəm”.

Qeyd edək ki, Verka Serdyuçka Ukraynanın ən məşhur müğənni və aktyorlarından biridir. Onun əsl adı Andrey Danilkodur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm