• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Günayın prodüseri Eltonu tənbəl adlandırdı - Fotolar

Günayın prodüseri Eltonu tənbəl adlandırdı - Fotolar

Müğənni Günay İbrahimlinin yeni prodüser ilə əməkdaşlıq etməsi şou aləminə səs saldı. Bu, müğənninin bir neçə ildir uğurlu və yaddaqalan layihələr gerçəkləşdirməsi ilə əlaqədardır. İkinci diqqətçəkən məqam isə müğənninin yeni prodüserinin həmkarı Elton Hüseyinəliyevin həyat yoldaşı Tamilla xanımın olmasıdır.

Yeni işə başlaması münasibətilə tabloid.az Tamilla xanımla görüşüb.

Prodüser müsahibəsində 9 il fasilə verdiyi peşəsindən, ailəsindən, niyə yenidən bu peşəyə qayıtmasından ətraflı danışıb.

Tabloid.az Tamilla Hüseyinəliyeva ilə eksklüziv müsahibəni təqdim edir.

- Bildiyimə görə, həyat yoldaşınız Elton vaxtilə Sizin şou-biznesdə fəaliyyətinizə qadağa qoymuşdu. İllər sonra onun “saqqızını oğurlamağı” bacardınız?

- Bu sahədə yox idim demək tam düzgün olmaz. 9 ildir Eltonla ailəliyəm və bu illər ərzində göz önündə olmasa da, onun bütün işlərini mən evdən idarə etmişəm. Zaman keçdikcə uşaqlarımız da böyüyüb. Özü də gördü ki, istənilən veriliş və layihələrini mən danışıb həll edirdim. İndi özü də görüb ki, bu işdə qəbahətli heç nə yoxdur. Həm indi mən də arxayınam. Elton indi tək deyil. Elton özü də çox çətin adamdır. Gözəl sənəti var. Bu danılmazdır. Amma çox tənbəldir. Onu buraxmışam artıq Tolikin öhdəsinə.

- 9 ildir şou aləmində olmadığınızdan, çox güman ki, oxucularımızın əksəriyyəti Sizin əvvəlki fəaliyyətinizdən xəbərsizdir. Bir qədər əvvəl çalışdığınız işlərinizdən məlumat verərdiniz.

- İlk iş birliyim Arzu Rzayev ilə olub. İş birliyimiz uzun olmayıb. Yoldaşı ilə çox yaxın olmuşuq. Ondan sonra Almaz Ələsgərova ilə işbirliyinə başlamışam. Almaz xanımla əməkdaşlıqdan sonra məni çox adam tanıdı. Daha sonra ailə qurdum. Bu ərəfədə adını çəkmək istəmədiyim bir xanım müğənni ilə işləmişəm. Bəlkə də prodüserlik fəaliyyətimi o insanla işlədiyimə görə dayandırdım.

- Tolik hər zaman nömrə bir prodüser iddiası ilə çıxış edir. İndi meydana Tamilla xanım da gəldi. Sizin nömrə bir olmaq məqsədiniz var?

- Mənim belə iddiam yoxdur. Qoy mənim müğənnim nömrə bir olsun. Mənim üçün nömrə bir Zeynəb Xanlarovadır. Çünki o, bu gün istədiyi qonorarı alır. Efirə də ehtiyacı yoxdur. Mən demirəm başqalarının sənəti yoxdur. Mən bu gün sevərək Flora Kərimovanı, Brilliant Dadaşovanı çox dinləyirəm. Sənətkar sözünü onlara şamil edirəm. Gənclərdən İlhamı Qasımovanı çox bəyənirəm.

- Bəs necə oldu Günayla iş birliyinə başladınız?

- Çünki mən Günayı dinləyə bilirəm. Mən musiqi duyumlu insanam. Maşınımda Günayın diski də var. Bu artıq mənim üçün göstəricidir. Mən hər kəsi dinləyə bilmirəm. Mən axı Eltonun yoldaşıyam. Bundan başqa, bizim ortaq dostumuz var. Bu insan Aynurə Səmədovadır. O, illərin dostudur. Mənə tamam başqa bir layihə təqdim etmişdilər. Mən isə işləmək istədiyimi bildirdim. Bəlkə də o, Günayın yanını boş görüb. Bu onun ideyası oldu. Ona qədər isə 3 müğənni tərəfindən iş təklifi gəlib. Mən isə Günayı seçdim. Günayla münasibət qurduqdan sonra anladım ki, mən onunla işləyə bilərəm.

- Günayın Siz gələnə qədər kifayət qədər uğurlu işləri olub. Günayın bütün işlərində keçmiş prodüseri Sevinc Hüseynovanın adı hallanıb. İndi isə növbə Sizindir. Sizin fərqiniz nədə olacaq?

- Düzdür, mənə qədər Günay çoxlu uğurlu layihələrə imza atıb. Günay mənsiz də təzə mahnı və təzə klip çəkdirəcək. Bu yenilik deyil.

İlk növbədə mənim peşəkarlığım ondan ibarət olacaq ki, Günay rahat olsun. Onu heç bir şey maraqlandırmamalıdır. Qaça-qaçda olmamalıdır. Günay heç sabah nə geyinəcəyini də düşünməyəcək. Böyük layihələrə gəldikdə isə, artıq danışılıb. Günayın Heydər Əliyev sarayında solo konsertini danışdım. Bundan başqa, haqqında indidən danışmaq istəmədiyim layihəmiz var. 2 yeni mahnı ilə yanaşı, korifey sənətkarımızın bir mahnısını da Günay ifa edəcək. Bununla yanaşı, seçdiyim bir mahnıya qeyri-adi klip çəkiləcək. Son illərdə ümumiyyətlə, belə klip olmayıb.

- Klip çəkilişlərini yerli yoxsa əcnəbi komandaya etibar edəcəksiniz?

- Hər şeyi azərbaycanlılara həvalə edəcəyəm. İşin keyfiyyətini artırmaq üçün hansısa avadanlıq çatışmaya bilər. Amma bizim işçi heyətimizə çatan olmaz!

- Fasilə verdiyiniz bu illərdə tamaşaçı kimi teleməkanı izlədikdə hansı müğənnidə güclü inkişaf görürdünüz?

- Mənim illərimdə Röya başlamışdı. O, tempi artırmağı bacarıb. Günay isə o vaxtlar olmayıb. Elçin Cəfərov göz önündə inkişaf etdi. Bundan başqa, Nadir Qafarzadə əməlli basil irəliləyiş edib. Mən Nadiri ilk günlərindən tanıyıram. Abbas Bağırov reklama üstünlük verməsə də, o da inkişaf edib.

Tabloid.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR