• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Fidan Hacıyeva qırmızını niyə sevir? - Fotolar

Fidan Hacıyeva qırmızını niyə sevir? - Fotolar

Opera müğənnisi, əməkdar artist Fidan Hacıyeva qırmızı rəngin vurğunudur. Belə ki, müğənninin şəkillərində qırmızı rəngin üstünlük təşkil etməsi Tabloid.az-ın diqqətini çəkib. Şəkillərdən görünür ki, əməkdar artist ya qırmızı libasdadır, ya qırmızı otaqdadır, ya da qırmızı geyinmiş birinin yanında.

Əjdaha ili, Qız bürcündə doğulan sənətkarın qırmızı sevgisi nədən qaynaqlanır? Nə doğulduğu ili təmsil edən Əjdahanın, nə də doğulduğu ayı himayə edən bürcün xarakterik rəngi olmayan qırmızı Fidan xanımın üstünə, ruhuna haradan çöküb?

Rənglər, xarakterlər...

Rəngin mətləbə nə dəxli var, - deyənlərin nəzərinə çatdıraq ki, rənglər insanın xarakteri və əmək fəaliyyətindən asılı olaraq, onun iş qabiliyyətinə təsir edir. İnsan psixologiyasına təsiri isə mütləqdir. Rənglər nəinki insan ömrünü daha da parlaq edir, həm də insanın əhval ruhiyyəsini müəyyənləşdir, onun fikir və əməllərinə təsir göstərir. Rənglərin ünsiyyət prosesinə də təsiri danılmazdır. O, özündə ünsiyyət üçün lazım olan informasiyanı daşıyır.

Rənglərin sağlamlığa təsiri

Qədim zamanlardan hər bir konkret rəngə müəyyən məna verilib. Deyilənə görə, orta əsrlərdə həkimlər bunu bilib və bir sıra xəstəliklərin müalicəsində xromoterapiyadan istifadə ediblər.

Beləliklə, hələ qədim zamanlardan öyrənib biliblər ki, rənglər təkcə psixoloji və emosional təsir etməklə qalmır, insanın xarakter və sağlamlığında da iz qoyur.

Rənglər ürək damarlarının yığılma ritminə, nəfəs tezliyinə, arterial təzyiqə və əzələ gərginliyinə təsir edir. Belə ki, sarı otaqda nəbz normal, mavidə yavaş olur, qırmızıda isə döyünmə artır. Əgər gözləri bağlı adamın üstünə qırmızı işıq salsan, o qollarını yana açmağa çalışır, göy rəng salsan, əllərini bir yerə yığmağa çalışır. Bu, beyin strukturunun aktivləşmə dərəcəsi ilə bağlıdır: qırmızı rəngin oyandırıcı effekti göy rəngdən daha çoxdur.

Qırmızının sehri

Günəş spektrində olan hər bir rəngin müxtəlif dalğa uzunluğu var və məlumatlara görə, qırmızı rəng ən uzun, atmosferdən keçəndə isə ən az dağılan rəngdir.

Qırmızı rəng kişi rəngi hesab edilir. Bu, həyat rəngidir. Eyni zamanda fəallıq, enerji, dinamizm, güc, mətanət, əzm, həmçinin məhəbbət, ehtiras və qəzəb rəmzidir. Qırmızı rəng həddən artıq həyəcan, yorğunluq, şiddət, aqressivlik və özünü ələ ala bilməmək hissi yarada bilir. Fiziki gücü, enerjini, dinamikanı artırır, həzm sistemini gücləndirir.

Fidan Hacıyevanın rəng seçimi

Deyirlər ki, insanın sevdiyi rəngə görə onun xasiyyəti, yaşam tərzi haqqında fikir söyləmək olar. Gəlin, görək, Fidan Hacıyeva hansı xarakterin, hansı düşüncənin sahibidir?

İlk növbədə qeyd edək ki, qırmızı rəng qadının özünə inamını artırır. Əməkdar artistin özünə güvənən səhnə duruşu və inamlı səsi yəqin ki, qırmızı rəngin təsiri ilə formalaşıb. Hər halda formada qalmaq üçün Fidan xanım bu rəngə üstünlük verir.

Türkiyəli psixoloq İbrahim Afif Karakılıçın fikrincə, qırmızı rəng və onu sevənlər daha çox nəzəri cəlb etdikləri və cəmiyyət içində diqqət çəkdikləri üçün insanlara daha yaxın bir hiss oyandırır. Əməkdar artist hər halda səhnədə tez sevilməsini də qırmızıya borcludur.

Qırmızı - ehtiras rəngidir. Bu rəngi sevənlər cəsarətli, hökmlü, tez coşanlardır. Qırmızı rəngə üstünlük verən insanların qarderobu eleqant geyimlərlə dolu olur. Bu tip insanlar, həm də diqqət mərkəzində olmağı sevirlər

İnsanların rəng seçimi onların psixi vəziyyətləri haqqında vacib məlumatlar verir...
Qırmızını sevənlər mehriban olurlar. Əsasən, enerjili, açıq və doğru hərəkət etməyə hazır bir mənlik xüsusiyyətinə sahibdirlər... Qırmızı sevənlərin digər xüsusiyyəti isə bağışlayıcı, minnət duyğuları inkişaf etmiş olmasıdır...

Qırmızını sevməyənlər konflikt və davadan uzaq olub tək qalmağı sevirlər. Fidan xanım qırmızını sevsə də, onu indiyədək hər hansı qalmaqalda görməmişik.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR