• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Kişilərin cinsi həyatına pis təsir edən alt paltarları

Kişilərin cinsi həyatına pis təsir edən alt paltarları

Son aparılan araşdırmalar göstərib ki, kişi alt paltarları sperma istehsalından, cinsiyyət orqanının sağlamlığına qədər təsir edir. Cinsi problemlərdən əziyyət çəkməmək, seks həyatında problemlərlə üzləşməmək üçün doğru alt paltarı seçmək vacibdir.

Keyfiyyətsiz alt paltarları geyinmək allergiyaya, spermanın azalmasına, qasıqda ağrılara, qasıq bölgəsində göbələyin inkişaf etməsinə səbəb ola bilər.

Bəs kişilər alt paltarı seçərkən nələrə diqqət etməlidirlər?

Sağlamlığının qayğısına qalmaq istəyənlər Tabloid.az-ın bu məqaləsində öz suallaırna cavab tapacaqlar.

Önü Y formasında tikişli olan klassik kişi tumanı 80 ildir ki, ən çox alınan alt paltarları siyahısında yer alır. Görünüşü baxımından lağ mövzusuna çevrilən bu tip tumanlar hələ də kişilər arasında öz populyarlığını qoruyub saxlayır.

“Debenhams” mağazalar zəncirinin apardığı araşdırma zamanı məlum olub ki, kişilərin alt paltarı seçimləri yaşadıqları yerə görə dəyişir.

Əslində isə alt paltarı bədənin tələblərinə uyğun seçilməlidir.

Dərinin bükülən bölgələri dəri iltihabı və göbələyin yaranması üçün uyğun mühitə malikdir. Ona görə də kişilərin qasıq bölgəsində bu problemlərin baş verməsi riski yüksəkdir. Dermatoloq Adam Friedman həmin bölgədə dəri iltihabının, göbələk infeksiyasının və ekzamanın daha çox müşahidə edildiyini deyir.

Bunun qarşısını almaq üçün pambıq parçadan və təri əmən materiallardan hazırlanan tumanlar seçilməlidir. Neylon, likra və ipək kimi təri əmməyən parçalardan hazırlanan alt geyimlərindən uzaq durmaq məsləhətdir.

20-40 yaş arasında olan kişilər bəzən səbəbsiz yerə cinsiyyət orqanlarında ağrı, sancı hiss edirlər. Əgər bu ağrılardan xilas olmaq istəyirsinizsə, bədənə yapışan tumanlar geyinməməlisiniz. Bu tip alt paltarı cinsiyyət orqanlarının hərəkət etməsinə maneə olduğu üçün bu bölgədə cərrahiyə əməliyyatı edilmiş insanlara da tövsiyə edilir.

Ekzema və ya allergiya isə tumanın bel qisimindəki rezindən qaynaqlana bilər. Allergik reaksiyaların bir başqa səbəbi də alt paltarının rəngi ola bilər. Ucuz qara boyaların tərkibindəki “PPD” adlı maddə allergiyayalara səbəb olur.

Orqanizmin sperma istehsal etməsi üçün bədən istiliyindən daha aşağı temperatura ehtiyac var. Cinsiyyət orqanları 35 dərəcə temperaturada olmalıdırlar.

Cinsiyyət orqanlarını bədənə yapışdıran və burada temperaturun artmasına səbəb olan dar tumanlar sperma istehsalının azalmasına gərtirib çıxarırlar.

2012-ci ildə aparılan bir araşdırma dar tuman geyinən kişilərin, geniş alt paltarları seçənlərdən daha az sperma istehsal etdikləri ortaya çıxıb.

Araşdırmalar göstərib ki. kişilərin 80 faizi alt paltarlarını hər gün dəyişmirlər. Dermatoloqlar bildirirlər ki, bu göbələk infeksiyalarının yaranmasına şərait yaradır. Odur ki, hər gün təmiz alt paltarı geyinməyə diqqət edin.

Bəzi mütəxəssislər kişilərin alt paltar geyməməsinin sağlamlıq baxımından daha faydalı olduğunu bildirirlər.

Alt paltar geyməyən kişilərdə dəri iltihabları və infeksiyalar azalarkən sperma istehsalı artır.

İndoneziyalı və şotlandiya kişilərin alt geyimləri bu baxımdan daha uyğun hesab edilir.

Ancaq gün ərzində alt paltarı geyinməyə məcbur olsanız belə, gecələr çılpaq yata bilərsiniz. Bu da sağlamlıq üçün çox faydalıdır.

Tabloid.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR