Türkiyənin ən yaraşıqlı kişisinin ürəyini fəth edən gözəlçə - Fotolar
Bizi izləyin

Tabloid.az

Türkiyənin ən yaraşıqlı kişisinin ürəyini fəth edən gözəlçə - Fotolar

Dekolteləri ilə kişiləri özünə heyran edən 23 yaşlı gözəl

Türkiyənin ən gözəl qadınlarından biri sözsüz ki, aktrisa və model Serenay Sarıkayadır. Gözəl bədən quruluşu, uzun və baxımlı saçları, hər qadına nəsib olmayan mənalı baxışları və xarici ulduzları xatırladan mükəmməl üz quruluşu ilə fərqlənən Serenay, elə bu gözəlliyinə görə 23 yaşında ən məşhur simalardan birinə çevrilib.

15 yaşında ingilis dilini bilmədiyinə baxmayaraq, Çexiya Respublikasına gedərək orada gözəllik yarışmasına qatılan və qalib gələn Serenayın Türkiyəyə qayıtdıqdan sonra da işləri uğurlu alınıb.

Arzusu modellik olan bu xanımı həyat özü aktrisalığa yönəldib. Bir filmin çəkiliş meydançasından təsadüfən keçən Serenay həmin filmdə rol almağa nail olub. Hər getdiyi yerdə diqqət çəkməsinin səbəbi gözəlliyi olsa da, o bunu şansla əlaqələndirir. 2010-cu ildə öz ölkəsində gözəllik yarışmasında iştirak etsə də, ikinci ola bilib. Bundan sonra taleyi ilə razılaşaraq modellikdən uzaqlaşıb və aktrisalıq barədə ciddi düşünməyə başlayıb.

Özündən 22 yaş böyük olan iş adamı Murat Süğlünlə yaşadığı eşq münasibəti və serialdakı tərəf müqabili Çağatay Ulusoyla sevgili olması onu gündəmdə saxlayıb.

Son günlər həm seksuallığı, həm də aktrisalıq qabiliyyəti ilə gündəmi məşğul edən gözəl aktrisa bizim tamaşaçılara “Lale devri” və “Medcezir” seriallarından tanışdır. Gənc qızların nümunə götürdükləri aktrisalardan biri olan Serenayın sadəcə qalmaqallı şəxsi həyatı və gözəlliyi yox, həm də geyim tərzi, istifadə etdiyi aksessuarlar, makiyaj stili diqqət mərkəzindədir.

Bu da səbəbsiz deyil. Yeni tanınmağa başladığı vaxtlarda çox zövqsüz geyimlərdə görməyə alışdığımız Serenay bir anda Türkiyənin ən şıq qadınlarından birinə çevrildi. Bir çox stilist bu inanılmaz dəyişikliyi aktrisanın tez-tez moda dəfilələrinə getməsi ilə əlaqələndirirlər. Serenay sürətlə öyrənir və bunları öz stilində əks etdirir.

Sizin üçün maraqlı olacağını düşünərək tabloid.az-ın "Onların stili" layihəsində Serenay Sarıkayanın möhtəşəm stilindən yazmağa qərar verdim.

Serenay Sarıkaya deyəndə, gözümüzün önünə uzun boylu, ideal bədən quruluşuna sahib, gözəl üz cizgiləri ilə diqqətçəkən gənc bir qız gəlir. Serenay daha çox seriallardakı geyim seçimləri ilə diqqət çəkir. “Medcezir”in demək olar ki, hər bölümü məhz Serenayın stili sayəsində sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilir.

Gənc qızlar aktrisanın geyimlərini harada tapa biləcəklərini araşdırırlar. Serialda zəngin bir ailənin qızı olan Miranı canlandıran Serenay geyindiyi möhtəşəm libaslarla stil ikonası olmaq yolunda sürətlə irəliləyir.

Cazibədar aktrisa dəvətlərdə geyindiyi onu seksual göstərən ziyafət libasları ilə tez-tez gündəmə gəlir. Sinə, kürək və ayaq dekoltesini çox sevən Serenay moda qanunlarına əməl etməyərək bir neçə dekoltedən eyni vaxtda istifadə edir. Amma maraqlıdır ki, bu qədər açıq-saçıqlıq onda heç də pis qalmır. Əksinə ona ekstra gözəllik və cazibədarlıq bəxş edir.

Aktrisa tez-tez iş görüşmələrinə getdiyi üçün qarderobunda qara rəngli, şıq libasların çoxluq təşkil etdiyini deyir. Eləcə də dəvətlərdə, təqdimat mərasimlərində onu tez-tez qara rəngin cazibəsinə bürünmüş halda görürük.

Ancaq qırmızı və bej rənglər də gözəl ulduzun vaz keçilməzləri arasındadır.

Aktrisa ən çox stilist Özgür Masurla işlədiyini deyir. Onun geyimlərində özünü rahat və cazibədar hiss etdiyini etiraf edir.

Serenayın bu günə kimi ən çox səs-küyə səbəb olan geyimlərindən biri də bu olub. Mükafatlandırma gecələrindən birində geyindiyi bu qırmızı libas çox bəyənilmişdi. Ayaq və sinənisinin gözəlliyini nümayiş etdirməkdən çəkinməyən Serenay Sarıkaya bu libas sayəsində həm gecənin ən şıq və diqqətçəkən qadını oldu, həm də həftələrlə maqazin gündəmində qaldı. Onu da qeyd edim ki, bu qırmızı libas da Özgür Masur imzasını daşıyır.

Aktrisa xərçəng bürcünün bütün xüsusiyyətlərini daşıdığını deyir. O, bu bürcün sevimli rəngi olan bej rəngli libasları sevdiyini bildirir.

Sadə, amma kiçik detalları ilə diqqətçəkən, zərif libaslar seçir. Yüksəkbel şalvar kombinləri də önəmli dəvətlər üçün ilk seçimləri arasında olur. Bu tip şalvarları kombinə etməyi yaxşı bacarır.

Qısa və uzun pencəklər də onun stilinin əsasını təşkil edir.

tabloid.az

Serenay Sarıkayanın geyimləri qədər saç stilləri də diqqət çəkir. Həcmli və uzun saçlara sahib olan Serenay sirrini heç kəsə açıqlamır. O, saçlarının gözəlliyinin genetik olduğunu deyir.

Adətən açıq saxladığı saçlarını çox vaxt yandan ayırır. Düz saç modelinə çox nadir hallarda müraciət edir. Adətən dalğalı və buruq saçdan istifadə edir. Hörüklü, dağınıq toppuzlar isə ona həqiqətən də çox yaraşır.

Serenayın gələcəkdə stil ikonası kimi tanınmasında yəqin ki, onun makiyaj stilinin rolu böyük olacaq. Çünki hər qadına yaraşmayan qırmızı, zoğalı kimi tünd dodaq boyaları Serenayda əla qalır.

Aktrisa bu dodaq boyalarının ona çox yaraşdığının fərqindədir. Ancaq təbii ki, bu tip, tünd rəngli dodaq boyalarının insanı olduğundan daha yaşlı göstərdiyindən də xəbəri var. Ona görə də çox özəl dəvətlər olmadıqca belə dodaq boyaları çəkmir. Onu adətən fotosessiyalarda, xüsusi çəkilişlərdə möhtəşəm qırmızı və ya zoğalı dodaqlarla görürük.

Serenayın üz quruluşu çox gözəldir. Heç bir qüsuru olmadığı üçün hər hansı bir yeri vurğulamağa ehtiyac qalmır. Ona görə də sanki heç makiyaj yoxmuş kimi görünməkdən çəkinmir. Sadəcə “BB” krem və tuşla makiyajını tamamlaya bilir.

Bəzən də gözlərini ön plana çıxaran dumanlı göz makiyajı edir, dodaqlarına isə bej rəngli dodaq boyası çəkir. Ümumiyyətlə, makiyaj və saçda da sadəliyə üstünlük verdiyini deyə bilərəm.

Aktrisanın küçə stili də diqqətəlayiqdir. Rahatlığı sevdiyini desə də, gündəlik stilində belə mini ətəklərdən, stiletto ayaqqabılardan vaz keçmir. Yaz aylarında onu adətən qısa şortik və hündürdaban ayaqqabılarla görürük. Ağ köynəklə, qısa cins şortları birləşdirməyi çox xoşlayır. Qeyri-adi stilləri sınaqdan keçirməkdən çəkinmir. Qış geyimləri arasında isə uzun pencəklər, bürüncəklər, uzunboğaz çəkmələr xüsusi yer tutur.

Serenayın stilinin bu qədər bəyənilməsinin əsas səbəbi onun hər geyimi öz stilinə uyğunlaşdırmasıdır. O, hər şeyi özünə yaraşdırmağı bacarır.

Qeyd edim ki, yuxarıdakı fotoda Serenayın yanında gördüyünüz qadın onun anasıdır. Boş yerə deməyiblər ki, anasına bax, qızını al. Anansın tərzinə diqqət edin. O yaşda elə cırıq cins geyinmək hər qadının cəsarət edəcəyi iş deyil.

Hamını özünə valeh edən bu gənc xanımın məşhur brendlərin diqqətini çəkməməsi imkansızdır. Bu günə kimi bir çox məşhur marka Serenayı reklam siması kimi seçib. Cazibədar aktrisanın “Mavi jeans” reklamı isə daha çox diqqət çəkmişdi. Firmanın 2014-cü ildəki reklam kampaniyası üçün fotokamera qarşısına keçən Serenay Sarıkaya gözəlliyi ilə yenə Türkiyənin ən çox danışılan qadınlarından biri olmağı bacarmışdı. Fotosessiyanın ən diqqət çəkən detalı isə Serenayla pozalar verən braziliyalı, yaraşıqlı model Françisko Laçovskinin Çağataya oxşaması olmuşdu. Böyük səs-küyə səbəb olan bu reklam kampaniyasının görüntülərini aşağıda izləyə bilərsiniz.

Serenay Sarıkaya 2014-cü ilin son aylarında yenə bir uğura imza atdı. Məşhur "GQ" jurnalı tərəfindən "İlin qadını" seçilən 23 yaşlı cazibədar aktrisanın etdirdiyi cəsarətli fotosessiya səs-küyə səbəb oldu.

Gözəl ulduzun bu günə kimi üz qabığına çıxdığı ən populyar jurnalları da sizin üçün toplamışam. Baxın və zövq alın.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm