• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Hamam duzlarının dəri və orqanizmə faydaları

Hamam duzlarının dəri və orqanizmə faydaları

Yorucu bir günün ardından vannanın rahatlatıcı təsiri mübahisəsizdir. Bu vannanın təsirini artırmaq üçün istifadə edilən hamam duzları isə həm rahatlaşdırır, həm də möhtəşəm ətirləri ilə yaratdığı qoxu terapiyası sayəsində təkcə bədənə yox, ruha da gümrahlıq verir. Bütün bu xüsusiyyətləri sayəsində də hamam duzları son dövrün ən çox üstünlük verilən baxım məhsulları arasında yer alır. Hamam duzu bir növ kristal duzdur. Maqnezium və sulfat tərkibli qarışıq quruluşu var: həm nazik qum tərzində forması, həm də qalın, iri kristallar tərzində forması var. Müxtəlif ətirlər və müxtəlif minerallardan ibarət olan hamam duzlarının təbii olaraq təsirləri də fərqli olur. Hamam duzlarının təsirlərinin artmasını təmin etmək məqsədi ilə bəzi bitki yağlar ilə qarışdırılır.

Hamam duzunun faydaları nələrdir?

Hamam duzu ilə vanna qəbul etmək rahatlaşdırır, mənfi enerjini alır, toksinlərdən təmizləyir. Məsamələri açır. Açılan məsamələr sayəsində dəri yaxşı nəfəs alır və parlaqlaşır.

Ətirlər ilə aromoterapiyası zamanı təkcə bədən deyil, ruh da dincəlir. Stressdən uzaqlaşdırır. Əsl istirahət bəxş edir. Hamam duzları əzələlərdə yaranan ağrıları (şişi) zəiflədərək yumşalmasını asanlaşdırır. Uzun müddət ayaqda qalmaq, uzun müddət qalxmadan oturmaq, narahat ayaqqabılar geymək, çox gəzmək, ya da qaçmaq kimi səbəblərdən ötrü yorulan, şişən, şişmiş ayaqları sakitləşdirməyin ən təsirli yolu hamam duzu ilə ayaqları yumaqdır. Ayaq vannası üçün bir miqdarda ilıq suya yarım stəkan qədər hamam duzunu əlavə edib qarışdırın. Hazırlanmış məhlulda ayaqlarınızı 5-10 dəqiqə istirahət etdirin. Arada masajla qan dövranını sürətləndirərək təsirini də artırmış olarsınız.

Stressin orqanizmə olan zərərləri artıq hamıya məlumdur və müasir dövrün əsas problemləri arasındadır. Stressin səbəb olduğu adrenalin yüksəlməsi, eyni zamanda orqanizmdə maqnezium nisbətinin aşağı düşməsi deməkdir. Maqnezium baxımından zəngin tərkibə malik olan hamam duzları dəri yoluyla sorulan maqneziumun təsiri ilə stressin neqativ fizioloji təsirini yox edir. Hamam duzu ilə vannanın ən mühüm təsirlərindən biri gün ərzində bədəndə yığılan çirk və toksinlərin orqanizmdən tamamilə uzaqlaşmasının, dərinin yaxşıca təmizlənməsinin, məsamələrinin açılmasının təmin edilməsidir. Bu yolla həm toksinlərdən azad olar, həm də dəridə açılan məsamələr sayəsində nəfəs alaraq daha canlı, daha parlaq bir görünüşə qovuşarsınız.

Çimərkən vanna duzu istifadə etməyin faydaları bunlardır:

Hamam duzları bədəninizdəki həssaslığı azaldır.

Bu duzlar gərginliyi, stressi azaldır, həm də əsəblərinizi yumşaldır.

Bədəninizdəki qan dövranını sürətləndirir.

Bu duzlar beyninizi və bədəninizi gümrahlaşdırır.

Bədəninizdəki yaraların sağalmasına müsbət istiqamətdə təsir göstərir.

Əzələ spazma, kürək ağrıları və oynaq iltihabı problemləri yaşayan xəstələrə çimərkən vanna duzu istifadə etmələri tövsiyə edilir.

Bədəninizdəki həşərat sancması, qaşınarkən yaranan kimi qıcıqlanmanı azaldır, yaraları tez sağaldır.

Hazırlanması:

1 çay qaşığı badam yağı (dərinizə görə, ərik yağı, zeytun yağı və s. Bitki mənşəli yağlardan biri seçə bilərsiniz.

1 çay qaşığı lavanda yağı

İstədiyiniz rəngdə qida boyası

1 xörək qaşığı hamam duzuna dərinizə yumşaqlıq verməsi üçün 1 çay qaşığı badam yağı və qoxusu ilə sizi rahatlaşdıracaq 1 çay qaşığı lavanda yağı əlavə edib qarışdırırıq. Mən ətirli qoxuları sevdiyim üçün lavanda yağını əlavə etdim. Siz zövqünüzə görə evkalipt, qayıq ağacı, çiyələk yağlarını seçə bilərsiniz. Ərzaqları yaxşıca qarışdırandan sonra 1-2 damcı qida boyası (artıq olmamasına diqqət edin lütfən). Əlavə edərək istədiyiniz rəngi verə bilərsiniz.

Dərinizə peeling edərək çəkdiyiniz bu qarışığı duş əsnasında hər zaman istifadə etmək olar. Balaca şüşələrə qoyaraq vanna otağının dekorasiyasına da fərqlilik qata bilərsiniz.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR