Nəzakət Məmmədovanın anım günü qeyd ediləcək
Bizi izləyin

Tabloid.az

Nəzakət Məmmədovanın anım günü qeyd ediləcək

Azərbaycanın əməkdar artisti, mərhum sənətkar Nəzakət Məmmədovanın həm ad günü, həm də anım günü qeyd ediləcək.

Azərbaycanın əməkdar artisti, mərhum sənətkar Nəzakət Məmmədovanın həm ad günü, həm də anım günü qeyd ediləcək.

Bu barədə tədbirin təşkilatçısı, prodüser-təşkilatçı Humay Muxtarova tabloid.az-a məlumat verərək bildirib ki, tədbir fevralın 10-da saat 16:00-da paytaxt restoranlarının birində keçiriləcək:

“Layihəni həyata keçirən gənc musiqi araşdırmacısı Ülvi Rzazadədir. Onun ən böyük arzusu bu layihəni həyata keçirməkdir. Bu işdə ona koməklik edirəm. Uğurlar arzu edirik. Allahdan Nəzakət xanıma rəhmət diləyirik.”

Bütün işləri öz öhtəsinə götürən prodüser tədbirdə bir çox sənətçilərin də iştirak edəcəyini söyləyib.

Məlumat üçün bildirək ki, 1944-cü ildə Gəncə şəhərində anadan olan və valideynlərinin müəllimə görmək istədikləri Nəzakət Məmmədova onların bu istəyini nəzərə alaraq Bakıya gəlir. O, Xarici Dillər İnstitutuna daxil olur, amma gözəl səsi olan N.Məmmədova təhsilini yarımçıq qoyaraq 1966-cı ildə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumuna daxil olur. Onun səsinə ilk qiyməti görkəmli sənətkarlar Əhməd Bakıxanov və Hacıbaba Hüseynov verirlər. Müğənni sonralar təhsilini İncəsənət İnstitutunda davam etdirir və bir müddət “Lalə” qızlar ansamblında çalışır. 1968-ci ildə Opera və Balet Teatrına qəbul olunur və 1971-ci ildə tamaşaçılar qarşısına yeni Leylilərdən biri kimi çıxır.

N.Məmmədova Soçi şəhərində plastik əməliyyatlarla lisenziyasız məşğul olan Karol Anatoli İvanoviç adlı birinə müraciət edərək, boynundakı qırışlardan azad olmaq istəyir. Lakin əməliyyat zamanı həkim-dermatoloqun səhvi-bıçağın boğazdakı şah damara dəyməsi müğənninin ölümünə səbəb olur və Nəzakət Məmmədova qanaxmadan dünyasını dəyişir. Əslən erməni olan həkim K.A.İvanoviç isə törətdiyi əmələ görə Krasnodar məhkəməsi tərəfindən 5 il azadlıqdan məhrum edilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm