Bu vərdişlər qəbizlik yaradır
Bizi izləyin

Tabloid.az

Bu vərdişlər qəbizlik yaradır

Lifsiz qidalarla qidalanma da qəbizliyə səbəb olur

Cansıxıcı sağlamlıq problemlərindən biri olan qəbizliyə uşaqlarda, gənclərdə və hamilə qadınlarda tez-tez rast gəlinir. Hər keçən gün daha çox adam bu problemlə üzləşir. Lifsiz qidalarla qidalanma da qəbizliyə səbəb olur.

Ekspert və diyetoloq Pınar Kural Enç qəbizliklə əlaqədar bunları qeyd edir: "Qəbizlik çox insanın problemidir. Nəcisin xaric olunmasının azalması və ya çətinliklə bayıraçıxma ilə müşayiət olunur. Səbəbləri arasında yanlış qidalanma vərdişi ön sıradadır. Nəcisə çıxmaq ehtiyacını bu və ya digər şəkildə təxirə salmaq və ya şüurlu olaraq təzyiq altında saxlamaq qəbizliyə səbəb olan amillərdən biridir.

Hamiləlikdə qəbizliyə qarşı 6 qida

Lifsiz qidalarla qidalanma da qəbizliyi yaradan amillərdən biridir. Həmçinin, kifayət qədər su qəbul etməmək qəbizliyin ən mühüm səbəblərindəndir. Hərəkətsizlik də ayaqyoluna getməyi çətinləşdirir. İdman fəaliyyətləri ilə birlikdə lifli qidaların istehlakının azalması nəticəsində qəbizlik problemi özünü daha qabarıq göstərir. Çoxları qəbizliyin hər hansı xəstəliyin əlaməti olmasına laqeyd yanaşır. Əslində qəbizlik nəinki hansısa xəstəliyin əlamətidir, özü də bəzi xəstəliklərə yol açır.

Qəbizliyin qarşısını almaq üçün payız və qış mövsümündə paxla fəsiləsindən olan kəpəkli taxılların (qara çörək, bolqar bibəri, kəpəkli makaron kimi), xüsusən, C vitaminləri ilə zəngin tərəvəz və meyvələrin istehlakına üstünlük verilməlidir. Gündə 10 - 13 stəkan su içmək də qəbizliyin qarşısını almağa yardım edir. Qəbizliyi aradan qaldırmaq üçün razyana çayından da faydalana bilərsiniz. Həmçinin quru qaysı, quru alça və quru əncir də qəbizliyə müsbət təsir edən qidalardır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm