Xatirə Yaşarla canlı yayımda mübahisə etdi
Bizi izləyin

Tabloid.az

Xatirə Yaşarla canlı yayımda mübahisə etdi

Müğənni Yaşar Yusub ilə həmkarı Xatirə İslam arasında canlı yayımda mübahisə yaranıb.

Müğənni Yaşar Yusub ilə həmkarı Xatirə İslam arasında canlı yayımda mübahisə yaranıb. "Oğluma müğənni qız almaram" deyən Yaşara Xatirə etirazını bildirib. Tabloid.az xəbər verir ki, hadisə “Gündəlik” verilişində yayımlanıb.

“Bu nə sözdür deyirsən? Sənin belə söz deməyə ixtiyarın yoxdur. Verilişdə iki xanım əyləşmişik. Mən və Sədaqət. Özün bilirsən ki, mən kişi xasiyyətli xanımam. Sədaqət də aşıq Ulduzun qızıdır. Müğənni ailəsindəndir. Bəlkə hazırda səni Sədaqətin sevdiyi şəxs izləyir. Bu sözlərindən sonra o, nə fikirləşər? Olmaz belə demək”.

Bu sözlərdən sonra Yaşar Yusub fikrinin düzgün anlaşılmaması üçün üzr istəyib.

“Üzr istəyirəm. Siz məni düzgün anlamadınız. Mən bu sənət çətin, əziyyətli peşə olduğundan istəmərəm xanım bu əziyyətlərə qatlansın”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm