• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Ən faydalı qidalar

Ən faydalı qidalar

Tabloid.az ən faydalı qidalar haqqında maraqlı məlumatı təqdim edir:

Qoz zülalın ən yaxşı bitki mənbəyidir. O lif, B vitamini, maqnezium, və E vitamini kimi antioksidantlarla zəngindir. Ümumiyyətlə, qoz-fındıqda yüksək miqdarda bitki sterolları və omeqa 3 turşuları var. 2004-cü ildə Amerikanın Qida və Dərman İdarəsi qozun ürəyə faydasını dəstəkləyərək, sağlamlıq üçün əhəmiyyətini təsdiqləmişdir.

Kətan toxumu bitki mənşəlidir, vegetarianlar üçün omeqa 3-ün bitki alternativini təqdim edir. Bir sıra tədqiqatlar kətan toxumunun ürəyə faydalarını göstərir. Tədqiqatlar kətan toxumlarında olan maddələrin xərçəng kimi mübarizə tələb edən xəstəliklərdə ümidverici nəticələr göstərdiyini aşkar edib. Xüsusilə bu qida süd vəzisi xərçənginin profilaktikasında daha çox ümidvericidir.

Nar haqqında son iki ildə çox danışılır. Nar dənələri polifenol, tannin, və antosianin kimi faydalı antioksidantlara malikdir. Digər tərəfdən nar şirəsi yüksək miqdarda antioksidant tərkibinə malikdir ki, bu digər meyvələrdən, qırmızı şərabdan və çayda olduğundan daha çoxdur. İlkin faktlar göstərir ki, konstentrə olunmuş nar şirəsini içmək xolesterinin miqdarını aşağı sala bilər. Habelə, gündə bir stəkan olmaqla bir il ərzində nar şirəsi içmək qan təzyiqini aşağı salır. Ümumiyyətlə, nar şirəsi içmək üçün zərərsizdir.

Qızıl balıq əti əvəz etmək üçün çox gözəl məhsuldur. O zülal və omeqa 3 yağ turşularının yaxşı mənbəyidir. Təəccüblü deyil ki, əsaslı elmi dəlillərlə on ildən artıqdır ki, qızıl balıq beş ən üstün məhsullar siyahısında öndə durur! 2002-ci ildə Amerika Ürək həftədə ən azı 2 dəfə, xüsusilə də qızıl balıq kimi yağlı balıq növü yeməyi tövsiyə etmişdir.

Göyərti. Kələm, çuğundur, çin kələmi, brokkoli, quşqonmaz, yaşıl paxlalar və s kimi tünd yaşıl tərəvəzlər vitamin A və C, dəmir, kalsium və fitonurientlərlə zəngindirlər. Yaşıl tərəvəzlərin çox doyumlu, yüksək lifli və aşağı kalorili olmaları ürəyi sağlam və beli incə saxlamağa imkan verir ki, bu da onları ən üstün məhsullardan edir. Amerika Ürək Assosiasiyası gündə ən azı 4 dəfə müxtəlif növ tərəvəzlər yeməyi tövsiyə edir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR