Göz sağlamlığını qoruyan 5 qayda
Bizi izləyin

Tabloid.az

Göz sağlamlığını qoruyan 5 qayda

Göz sağlamlığını qoruyan 5 qayda

Bədənimizin ən həssas və bəlkə də ən mühüm orqanlarından biri olan gözlərin sağlamlığı üçün nələrə diqqət etməyiniz lazım olduğunu bilirsinizmi?

Tabloid.az göz həkimi Elvan Yalçının göz sağlamlığını qorumağın 5 qaydasını təqdim edir:

  • Uşağınızı heç bir şikayəti olmasa da 1 yaşında gözünü müayinə etdirin. Çünki bu müayinə körpəni göz tənbəlliyindən qoruyur.
  • Kompüter qarşısında oturmaq və ya sensorlu telefonlardan çox istifadə etmək gözlərdə kirpik dibi iltihabı, allergiya və quruluq yarada bilər. Həmçinin uzaq görmə qüsuru yaranmasına rəvac verə bilər.
  • Gözdə sulanma, qaşınma, ağrı, oxuyarkən qapanma, yazıların bir-birinə qarışması, göz və baş ağrısı olması, başı əyri tutaraq oxuma, gözləri qıyaraq baxma problemləri göz xəstəliklərinin əlamətləridir.
  • İş yerinizdə yumşaq sarı tonda işıqlandırmadan istifadə edin. Diabet və idmançısınızsa, mütəmadi olaraq göz diblərini müayinə edin.
  • Başqasının kosmetikasından istifadə etməyin. Göz qələmi və tuş kimi başqasının makiyaj vəsaitlərindən gözlərə bakteriyalar keçir.
Oxumağa davam et
Reklam
Reklam

Gündəm