Rənglərin geyim seçimindəki böyük rolu - Fotolar
Bizi izləyin

Tabloid.az

Rənglərin geyim seçimindəki böyük rolu - Fotolar

Rənglərin geyim seçimindəki böyük rolu - Fotolar

Psixoloqlar iddia edir ki, geyimlərimiz və seçdiyimiz rənglər xarakterimiz haqqında çox şey danışa bilər. Məsələn, romantik təbiətli insanlar mavi və ya pastel rəngi seçirlər. Ehtirası aşıb-daşanlar al qırmızı və zoğalı tonları, gülərüzlü, şən və pozitiv insanlar isə yaşıl və sarı rəngləri daha çox sevirlər. Üstəlik, rəng moda aləmində mühüm rol oynayır, həm də müasir dövrdə rəng müxtəlifliyi çox alqışlanır. Hər mövsüm, adətən, bir və ya iki rəng digərlərindən daha aktual olur. Lakin bu, o demək deyil ki, başdan-ayağa həmin rəngdə geyinmək lazımdır. Hər hansı elementin ən aktual rəngdə olması kifayət edir. Geyimə uyğun olan rəngləri seçmək də hər zaman asan başa gəlmir. Uyğun olmayan rənglər ən bahalı geyimi rəhmsizcəsinə korlaya bilər. Ümumiyyətlə, rənglərin ahəngini tapmaq bir çox hallarda modapərəstlərə də böyük çətinlik yaradır. Axı, müasir dəb dünyası və dizaynerlər xanımlara bir rəngin sonsuz sayda çalarını təklif edirlər.

Qara hakimiyyətpərəstliyin rəngidir. Bir çox peşə sahiblərinə qara rəngdən istifadə etmək məsləhətdir.

Göy həm kişilər, həm qadınlara uyğun rəngdir. Tünd göy hakimiyyətin, həmçinin səmimiyyətin və pulun rəngidir. Çox tünd olmayan, göyün açıq tonları sizin əlçatanlığınızı nümayiş etdirir.

Tünd göy xətli kostyum rəhbər vəzifədə çalışanların qarderobunda mütləq olmalıdır. Çünki göy rəng insanı daha yüksək rütbəli, vacib şəxslər kimi göstərir. O qədər hündürboylu olmayan şəxslər bu rəngdə geyinilmiş kostyum vasitəsilə real boylarından vizual olaraq hündür görünəcəklər.

Kişilərin dominatlıq etdiyi biznes sferasında yerini tapmaq istəyən xanımlar tünd göy, tünd boz rənglərdən istifadə etsə, uduzmaz. Əgər hökmran olduğunuzu bəyan etmək istəyirsinizsə, tünd rənglərdən istifadə edin. Daha açıq çalarla bej və ya göydən o halda istifadə edin ki, əlçatan və mehriban görünmək istəyirsiniz.

Boz gücü və stabilliyi xarakterizə edir. Bu rəngin istənilən çaları kişi və qadın qarderobunun əsas detalları üçün münasibdir. Tünd boz hər iki cins üçün hökmranlıq rəngidir. Açıq boz isə səmimiyyəti ifadə edir.

Qəhvəyi küknar kimi hamar olmayan tvid parçalardan tikilmiş kostyumlarda çox yaxşı görünür. Hamar parçalarda isə bunu deyə bilmərik. Bu rəng kəmər və botinka üçün daha əlverişlidir. Qəhvəyi rəngi daha yaşlı nəslin nümayəndələri seçirlər. Doğrudan da bu rəng gənclərin çılğınlığını ifadə edə bilən əlverişli rəng deyil.

Bej qadınlar və kişilər üçün çox universal rəngdir. Yay üçün ideal rəng hesab edilir. Həmsöhbətə təzyiq etməyən, xeyirxah rənglərin siyahısındadır.

Tünd-qırmızı da çox universal görünür. Kişilər tünd qırmızı kəmər, pulqabı və ya portfelə məhdudlaşa bilərlər. Qadınlar bu rəngdə aksessuarlar taxa, həm də kostyumlar seçə bilərlər.

Qırmızı hansısa vəziyyətlə uyğunlaşa və ya heç uyğunlaşmaya bilər. Bu sahibinin cinsindən, dəqiq seçilmiş çalardan, geyimin növündən və geyimdə əsas rəngin olub-olmadığından asılıdır. Bu rəng modanın rəngidir.

Yaşıl və sarı rənglərdən işgüzar aləmdə istifadə məqsədəuyğun hesab edilmir.

Əgər siz klassik və ya təmkinli üslubun sadiq nümayəndəsinizsə, onda dəst yalnız üç rəngdən ibarət olmalıdır. Bu rənglərin geyimlərdə birləşməsi istənilən tədbirlər üçün idealdır. İş, işgüzar nahar və ya şam yeməyi, danışıqlar, oxumaq, görüşlər, yürüş və ya restoran, teatra və s. ola bilər.

Dəqiqliklə seçilmiş rəng harmoniyası həm sizin xeyrinizə olacaq, həm də inkişafınızı lazımsız paltardan azad edəcək. Ciddi rənglərdən istifadə edin. İşgüzar qadının qarderobunda qara, göy, tünd göy, zoğalı, qəhvəyi, bej və boz rənglər olmalıdır.

Əgər siz çox dəbli və inanılmaz dərəcədə parlaq görünmək istəyirsinizsə, təqdim etdiyimiz qalereyaya baxın. Bir neçə obrazların timsalında rəng uyğunlaşmasını öyrənə bilərsiniz.

Rəng harmoniyasını tapa bilmək əslində ustalıq tələb edir. Fotolardakı obrazlar rənglərin qeyri-adi vəhdətini tapmaqda və bu problemi həll etməkdə sizə kömək edəcək. Bir də unutmayın ki, geyim və rəng seçiminə mövsüm və hava əhəmiyyətli təsir edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm