Günay Musayeva Elnurun müdafiəsinə qalxdı
Bizi izləyin

Tabloid.az

Günay Musayeva Elnurun müdafiəsinə qalxdı

Günay Musayeva Elnurun müdafiəsinə qalxdı

Elnur Hüseynova " O səs Türkiyə" yarışmasında ən böyük dəstək verənlərdən biri də orada yaşayan azərbaycanlı model Günay Musayeva olub. Günay Elnurun qalibiyyəti və bu uğuru həzm edə bilməyib ürəkbulandırıcı şərh yazanlara söz deməyi özünə borc bilib.

Xatırladaq ki, türkiyəli müğənni Ebru Gündeş Elnurun qalibiyyəti ilə bağlı sosial şəbəkədə paylaşdığı statusa xoşagəlməz şərhlər yazılıb. Bu da Günayı özündən çıxarıb.

""O səs Türkiyə"nin çempionu Elnurdur və bizdən xoşbəxt gecə selfisi... Bütün türkiyə xalqına, həmçinin onu dəstəkləyən hər kəsə çox təşəkkür edirəm.. Sizin dəstəyiniz ilə bu gecə Elnur birinci oldu. Ötən gün mənim doğum günüm idi. Elnur bu gecə ən böyük hədiyyəni, nadir səsilə sən verdin mənə. Elnur, yolun açıq olsun! Necə oldu azərbaycanlı birinci oldu yazanların diqqətinə çatıdırım ki, biz hamımız türk millətiyik və qardaşıq. Bu insan da öz səsi və bacarığı ilə birinciliyi qazanıb. Təbrik edin. Əgər bu içinizdən gəlmirsə, etməyin və lazımsız şərhlər içinizdə saxlamağı öyrənin”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm