Roma küçələrində qırmızı libasla dolaşan Monika Belluççi – Fotolar, Video
Bizi izləyin

Tabloid.az

Roma küçələrində qırmızı libasla dolaşan Monika Belluççi – Fotolar, Video

Monika Belluççi yeni filmi “007: spektr” adlı filminin çəkilişlərinin bir hissəsinin çəkildiyi İtaliyaya səfər edib

Məşhur aktrisa Monika Belluççi yeni filmi “007: spektr” adlı filminin çəkilişlərinin bir hissəsinin baş tutduğu İtaliyaya səfər edib. Cazibədar aktrisa “Ceyms Bond” filminin növbəti seriyasında birlikdə rol aldığı həmkarı Deniel Kreyqlə birlikdə Romada maraqlı saatlar keçirib.

Romada kiçik fotosessiya etdirən ulduzlar şəhərin ən mənzərəli yerlərində birlikdə pozalar veriblər.

Monika Belluççi qırmızı, sadə libası ilə olduqca gözəl görünüb.

Qeyd edək ki, 52 yaşlı aktrisa “Ən yaşlı Bond qızı” statusunun sahibidir. Yeni “Ceyms Bond” filmi olan “007: spektr”a Monika və Deniellə yanaşı, Deyv Batista, Lea Seydu, Kristof Valç, Endryu Skot, Naomi Harris kimi dünya şöhrətli aktyor və aktrisalar da çəkiliblər. Film bu ilin oktyabr ayında təqdim ediləcək.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm