Tabloid.az
83 yaşlı model seks həyatından danışdı - Fotolar
Məşhur model Karmen Dell Orefays “New You Magazine” jurnalına maraqlı müsahibə verib. Şıq və gözəl görkəmi ilə jurnalı bəzəyən 83 yaşlı model ağ saçlı qadınların da seks həyatının ola biləcəyini deyib. Öz həyat tərzini misal çəkən Karmen Dell yaşlı qadınların sekslə məşğul olmaqdan vaz keçmələrinin səbəbini başa düşmədiyini bildirib:
"Əlbəttə, mən hələ də seks həyatında aktivəm. Həzzdən və seksdən niyə vaz keçim ki? Əgər “Rolls Royce” avtomobiliniz olsa, motorunun işləyib-işləmədiyini mütəmadi olaraq yoxlayarsınız. Beləliklə, onu sürmək istəyəndə heç bir problemlə üzləşməzsiniz. Mən də özümə baxıram və bunun qarşılığını alıram.
Nələrdən zövq aldığımı bilirəm. Romantikanı da sevirəm, amma ehtiras da önəmlidir”.
Karmen Dell yaşlı insanların sekslə məşğul olmasına heç bir qadağanın olmadığını vurğulayıb:
“İnsanlar yaşlandıqdan sonra cinsi həyatlarına son verirlər. Halbuki bu yaşlarda seksə nə həkimlər, nə də din qadağa qoyub. Seks nəfəs almaq qədər təbii bir prosesdir”.
Qeyd edək ki, Karmen Dell 83 yaşında olmasına baxmayaraq, hələ də modellik fəaliyyətini davam etdirir. O, yaşlı qadınlar üçün nəzərdə tutulmuş məhsullar istehsal edən bir çox firmanın reklam çarxlarında rol alır, yeri gələndə podiuma da çıxır.
Tabloid.az
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi
-
Magazin11 May 20:30
"Komedixana"nın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO