Tabloid.az
Yun geyimlər necə təmizlənir?
Yun geyimlər soyuq qış günlərinin xilaskarıdır. Həm isti saxlayır, həm də olduqca qəşəng görünürlər. Odur ki, hər qış mövsümündə yun və trikotaj geyimlər dəbə minir.
Lakin bu gözəllik elə də asan başa gəlmir. Belə ki, yun geyimlər xüsusi qulluq tələb edir. Yuma və saxlama qaydalarına əməl etsəniz, yun geyimləri uzun illər istifadə etmək mümkündür.
Yun paltarları tez-tez yumaq lazım deyil. Ləkə varsa, ancaq o yeri təmizləmək kifayətdir.
Paltarları yuduğunuz suyun kirəcli olmamasına diqqət etməlisiniz. Maşında yuyacaqsınızsa, kirəcin qarşısını alan həblərdən mütləq istifadə edin. Paltarınızı ipək və yun paltarlar üçün nəzərdə tutulan xüsusi yuyucu vasitələrlə yuyun. Çünki adi yuyucu vasitələrin tərkibindəki kimyəvi maddələr yun geyimləri dərhal korlayır. Yun geyimlər üçün nəzərdə tutulan yumşaldıcı məhsullardan da istifadə etmək olar.
Paltaryuyan maşında proqram seçərkən də diqqətli olun. Yun paltarlar həssas paltarlar proqramında, 30 dərəcə temperaturda yuyulmalıdır. Yun geyimlər isti suyu çox tez əmdikrlərindən yumazdan 1 saat əvvəl soyuq suda saxlanılmalıdır. Maşına isə paltar yuma torbalarında yerləşdirmək daha doğru olar.
Paltarın üstündəki bir ləkəni təmizləmək üçün isə təbii sabunlardan istifadə edin. Sabunu ləkəli bölgəyə yavaşca sürtüb sonra soyuq su ilə yuyun.
Sonda bir daha qeyd edək ki, yun paltarları məcbur olmadıqca yumaq lazım deyil. Yusanız da, günəş olmayan bir otaqda qurudun.
Həmçinin, yun geyimləri yazda həşəratlardan da qorumaq lazımdır. Bunun üçün isə aralarına naftalin səpə bilərsiniz.
-
Nida Xəbər 10:48
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?