“Eurovision-2014”-un final şousu cazibədar müğənniylə-FOTO
Bizi izləyin

Tabloid.az

“Eurovision-2014”-un final şousu cazibədar müğənniylə-FOTO

“Eurovision-2014” mahnı müsabiqəsinin final şousunda ifa olunacaq mahnı bəlli oldu.

Publika.az-ın məlumatına görə, “Rainmaker” adlı mahnı “Eurovision-2013” yarışmasının qalibi Emmelie de Forest tərəfindən ifa olunacaq.

Müsabiqənin rəsmi saytının yaydığı xəbərə görə, mahnı tayfa üzvlərinin torpaqlarının çiçəklənməsi üçün bir yerə toplaşaraq yağış yağdıran ovsunçunu çağırmasından bəhs etsə də sözün geniş mənasında insanların birləşərək bir-birlərinə kömək göstərmələrini tərənnüm edir.

Qeyd edək ki, Danimarkanın Kopenhagen şəhərində “Bizə qoşulun!” şüarı altında keçiriləcək. “Eurovision-2014” mahnı müsabiqəsinin birinci və ikinci yarımfinalları müvafiq olaraq mayın 6-sı və 8-də, final mərhələsi isə mayın 10-da olacaq.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm