Kərim keçmiş arvadının cavabını verdi - Video
Bizi izləyin

Tabloid.az

Kərim keçmiş arvadının cavabını verdi - Video

Müğənni Kərim eks-həyat yoldaşı Təranə Səmədovanın onun barəsində danışdıqlarına cavab verib.

Bu barədə Publika.az-a danışan müğənni onu məhkəməyə verəcəyini bildirdi. Artıq bu istiqamətdə işə başlanıldığını da bildirdi: Hər şey məhkəmə vasitəsi ilə yoluna qoyulacaq. Buna görə də mən artıq heç bir söz danışmaq istəmirəm.

Təranə Səmədovanın “Kərim heç vaxt övlad sahibi ola bilməz. Milləti yalandan aldatmasın, onun övladı yoxdur”-sözlərinə, Kərimin cavabı konkret oldu:

“Mənim şəxsi həyatım, ailəm, övladım özümə məxsusdur. Uşağım var, tapılıb, internatdan götürmüşəm, ya “prokata” götürmüşəm-bunun heç kimə dəxli yoxdur. Özüm bilərəm, şəxsi həyatıma heç kim burun soxmasın”.

Kərim “Adam içındə” verilişinə çıxıb keçmiş xanımı ilə üz-üzə gələcəkmi?

“Mən verilişə çıxıb kiminləsə üz-üzə gələn də deyiləm”-müəşnni belə dedi.

Qeyd edək ki, ANS PRESS-in məlumatına görə, “Adam içində” proqramına qonaq qismində qatılan prodüser Təranə keçmiş həyat yoldaşı, müğənni Kərim Abbasov haqqında şok açıqlamalar verib. Son zamanlar sosial şəbəkədə övladının fotosunu paylaşan müğənninin bu hərəkətindən əsəbiləşən prodüser, Kərimin hər kəsi aldatdığını bildirib. O, iddia edir ki, ifaçının övladı yoxdur, yalandan bir başqa insanın uşağının şəkillərini paylaşır.

“Kərimin kim olduğunu mən bilirəm, onun hansı xəstəlikləri olduğu barədə xəbərim var. Kərim heç vaxt övlad sahibi ola bilməz, Allahıma min şükür, ailəli olduğumuz zaman qorxulu xəstəlik mənə keçmədi. Bundan əlavə hər kəsə yoldaşının 7 aylıq hamilə olduğunu deyəndə, mən onlarla üz-üzə gəldim, amma yoldaşının qarnı belinə yapışmışdı. Milləti yalandan aldatmasın, onun övladı yoxdur”.

Proqramın aparıcısı Elgiz Əkbər bu sözləri eşitdikdə şoka düşərək, Kərim övladının dünyaya gəlməsi şərəfinə düzənlədiyi qonaqlıqda olduğunu bildirdi: “Bu, necə olur axı? Kərimin oğlu dünyaya gələndə qonaqlığa məni də çağırmışdı. Uşağa hədiyyə alıb getmişəm o qonaqlığa. İnanmıram ki, bu, yalan olsun.” Təranə isə Elgizin bu sözlərinə “get hədiyyəni geri al, o, səni də aldadıb” - deyərək cavab verdi.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm