
Ötən ay nömrə daşınması ilə bağlı 131637 müraciət olunub.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Publika.az-a verilən məlumata görə, Məlumat Hesablama Mərkəzi “Mobil nömrə daşınması xidməti vasitəsi ilə digər şəbəkəyə daşınmış nömrələr barədə məlumatın verilməsi” elektron xidmətinin növbəti istifadə statistikasını açıqlayıb.
Sentyabr ayında Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin
(RYTN) bir elektron xidmətindən istifadə sayı avqust ilə müqayisədə
1,6 dəfədən çox artıb.
“Elektron hökumət” portalında istifadədə olan bu e-xidmət vasitəsi
ilə mobil nömrənin hazırda hansı mobil operatora daşındığı barədə
məlumat əldə etmək mümkündür. Bu xidmət abunəçiyə etdiyi zəngin
dəyərini hesablamaq imkanı verir.