Texnoloji
Azərbaycanda mobil telefonlar üçün yeni sistem
Azərbaycanın "Dilmanc" proqram təminatı istehsalçısı mobil telefonlarda şifahi nitqi və mətnləri Azərbaycan dilindən digər dillərə və əksinə tərcümə edə bilən "Dilmanc Translator" tərcümə proqramının yeni versiyasını təqdim edib. Bu barədə publika.az "Dilmanc"a istinadən məlumat yaylb.
Tərtibatçıların sözlərinə görə, bu versiyada əsas yenilik Azərbaycan dili üçün nitqin tanınması (şifahi nitqin yazıya çevrilməsi) sisteminin keyfiyyətinin artırılması və bəzi mobil telefonlarda tanımanın işləməsi ilə bağlı çətinliklərin aradan qaldırılmasıdır.
Qeyd edək ki, "Dilmanc Translator" proqramı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəklədiyi "Dilmanc" layihəsi çərçivəsində hazırlanır və tamamilə ödənişsiz yayılır. İstifadəyə verildiyi 6 ay ərzində istifadəçilər arasında böyük populyarlıq qazanaraq 70 min dəfəyə yaxın köçürülüb. Proqram hələlik yalnız "Android" platformasında işləyir. Proqram tamamilə ödənişsiz yayılır və Google Play Store-da "Dilmanc Translator" axtarmaqla "Android" bazasında işləyən smartfonlara yüklənə bilər.
Layihə rəhbəri Əbülfət Fətullayev proqramın iOS və Windows Phone üçün hazırlanması, həmçinin yeni tərcümə istiqamətlərinin əlavə edilməsi üzərində işlər getdiyini bildirib.
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin126 Aprel 20:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya26 Aprel 19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi