Texnoloji
“Windows 9” gələn il istifadəyə veriləcək
Microsoft” korporasiyasının hazırda üzərində işlədiyi
növbəti böyük layihə - “Windows 9” əməliyyat sistemini 2015-ci ilin
əvvəlində istifadəyə verəcəyi gözlənilir.
Publika.az ictnews-a istinadən bildirir ki, yeni əməliyyat sisteminin tezliklə buraxılması üçün hətta hazırda istifadə edilən "Windows 8.1.” əməliyyat sistemi üçün yenilənmələr üzərində işlər dayandırılıb.
Belə ki, avqustun 12-də təqdim edilməsi planlaşdırılmış “Windows 8.1 Update 2”-də, demək olar ki, yenilik yoxdur, “Windows 8.1 Update 3”-ün buraxılması isə ümumiyyətlə təxirə salına bilər.
Lakin “Windows 9”-un buraxılışı bir neçə aylıq dayandırıldığı halda, “Windows 8.1 Update 3” buraxılacaq.
Ən maraqlısı odur ki, “Microsoft” şirkəti “Windows 9”-un buraxılması ilə bağlı səs-küylü piar kampaniya keçirmək niyyətindədir. Deyilənlərə görə, “Windows XP”, “Vista” 7 və 8 (və ya yalnız “Windows” 7 və 8) “Windows 9”-da yenilənməni tamamilə pulsuz etməyə icazə verəcəklər. “Microsoft” bu addımı insanları yeni əməliyyat sisteminə keçməyə sövq etmək üçün ata bilər. Korporasiya köhnə əməliyyat sistemlərinin dəstəklənməsinə külli miqdarda resurs xərcləyir və “Windows 9”-a kütləvi keçid onunla yanaşı, bütün kompüter sənayesinə kömək edəcək.
Deyilənə görə, “Windows 9”-un final relizindən öncə iki beta versiyası çıxacaq, onlardan biri bu ilin oktyabr-noyabr aylarında təqdim olunmalıdır.
-
Nida.az15:25
Prezidentin xanımı Bakıda dolma bükdü - FOTO
-
Kriminal14:53
Bakıda ər gözəllik salonunda arvadını öldürdü: “Düşündüm ki, başqası ilə...” - Şok təfərrüat
-
ABŞ14:23
Dəhşətli terror aktları olacaq: Amerikalı general hazırlıq görməyə çağırdı
-
Region13:53
Türkiyədə əcnəbilərə qarşı sərt tələb - Ərdoğana müraciət edildi
-
İdman13:28
Təbriz klubunu atıb qaçdı: Görün qızı başına nə oyun açdı - FOTOLAR
-
İdman12:43
Ronaldonun keçmiş sevgilisi pərəstişkarlarını dəli etdi - FOTOLAR
-
Hadisə12:18
Lökbatanda MÜƏMMA: Qəsəbənin 3 gənc sakini bir gecədə öldü - FOTO
-
Magazin111:43
"Pozğunluğun reklamı yüksək səviyyədə idi"