5G dövrü başlanacaq
Bizi izləyin

Texnoloji

5G dövrü başlanacaq

Yaponiya Daxili İşlər və Rabitə nazirlikləri 2020-ci ilədək 5G rabitə standartını hazırlamaq və istifadəyə vermək niyyətindədir. Bu barədə The Yomiuri Shimbun nəşri məlumat verib.

Publika.az ICTnews-a istinadən bildirir ki, nazirlik planını 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunları ərəfəsində həyata keçirməyi nəzərdə tutur. Bildirilir ki, elmi işlərə çəkiləcək bütün xərclər 2015-ci il maliyyə büdcəsinə (1 aprel 2015-ci ildə başlayır) daxil ediləcək.

Cari ilin sonunadək Yaponiya Daxili İşlər və Rabitə nazirlikləri, həmçinin ölkənin aparıcı telekommunikasiya şirkətləri, mobil operatorlar və elektronika istehsalçılarının nümayəndələrinin daxil olacağı xüsusi şura yaratmağı planlaşdırır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm