Seks olmadan yaşamaq olar, amma smartfonsuz yox - Sorğu
Bizi izləyin

Texnoloji

Seks olmadan yaşamaq olar, amma smartfonsuz yox - Sorğu

Smartfonlar seks həyatını arxa plana atır.

ABŞ-da aparılan sorğu nəticəsində məlum olub ki, insanlar getdikcə seksdən çox mobil telefonlar haqqında düşünməyə başlayıb.

Publika.az xəbər verir ki, sorğuda iştirak edənlərin 20 faizi seks olmadan yaşaya bilməyəcəklərini hesab etdikləri halda, 26 faiz smartfonsuz sağ qalmaq ehtimallarının aşağı olduqlarını deyibər. Yəni ABŞ-da 2210 nəfər orta yaşlılar arasında aparılan sorğuya əsasən, respondentlərin 20%-i yataq otağında fizioloji tələbatlarını ödədikləri halda, 26% smartfonlarla yuxuya getdiklərini qeyd ediblər.

Bundan əlavə, internet, maşınlar, noutbuk və televizor da reytinqdə yüksək yerləri tutur. İnsanların maraqlarının arasında yemək də əhəmiyyətli kateqoriyalardan birini tutur. Daha sonra rəyi soruşulanların 8%-i naviqator sistemsiz, 7%-i sosial şəbəkələrsiz, 6%-i isə planşetsiz yaşaya bilmədiklərini qeyd edib.

Aparılmış tədqiqatların nəticəsində məlum olub ki, yeni texnologiyalar insanların dörddə üç hissəsinin həyatını zənginləşdirib. Adamların yarısı inanır ki, bu dostlar arasındakı münasibətləri inkişaf etdirir və sosial ünsiyyətin inkişafı üçün zəmin yaradır.

69% isə şikayətlənir ki, smartfonlar onların vaxtını çox alır. Ancaq belə görünür ki, getdikcə insanlar sevgili əvəzinə modern telefona qane olacaqlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm