
"Azerspace-1" peyki sığortalandı. "Azərkosmos" ASC
"Azerspace-1" peykinin məsuliyyətinin sığortası üçün "Altitude Risk
Partners" şirkətini cəlb edib.
Bu barədə Trend Satınalmalar üzrə Dövlət Agentliyinə istinadən
məlumat verir.
Şirkət Azərbaycan tərəfinin elan etdiyi tenderin qalibi olub. Bir
il müddətinə bağlanmış müqavilənin dəyəri 47,5 min dollardır.
"Altitude Risk Partners" şirkəti peykin məsuliyyətinin sığortasını
2016-cı il fevralın 7-dək öz üzərinə götürəcək.