Texnoloji
Çin robot bazarına çevrilib
Çin bu il təsərrüfat robotları bazarında Yaponiyanı
geridə qoyaraq dünya üzrə birinci yerə çıxıb.
2014-cü ilin sonuna olan məlumata görə, Çin müəssisələrində 200
minə qədər robotdan istifadə edilirdi. Keçən il ölkədə 32 min robot
istehsal olunub. Bu da dünya üzrə istehsal olunan robotların 20
faizinə bərabərdir.
Buna baxmayaraq, Çində işləyən insanlarla robotların nisbəti aşağı
səviyyədə qalır. Ölkədə 10 min işləyən insana cəmi 30 robot düşüb.
Halbuki bu göstərici Yaponiyada 330 robota çatır.
Ümumilikdə Çinin robot bazarı əsasən dörd transmilli korporasiyanı
– İsveçrənin ABB Group, Yaponiyanın Fanuc Corp və Yaskawa Electric
Corp, həmçinin Almaniyanın Kuka Robotics şirkətlərini məhsulla
təmin edir. Bazarın 58 faizi məhz bu şirkətlərin payına düşür.
Çinin məişət texnikası istehsalçısı Midea şirkəti 2011-ci ildən Çin
fabriklərinin robotlaşma və avtomatlaşmaya keçidinin flaqmanına
çevrilib. 2011-2014-cü illərdə Midea bu sektora 800 milyon yuan
(128 milyon dollar) xərcləyib və 2015-ci ildə daha 900 milyon yuan
yatırmaqla 600 robotu istismara cəlb etməyi planlaşdırıb. Bununla
da kompaniya 2015-ci ilin sonunadək 30 min işçidən 6 minini,
2018-ci ilə qədər isə daha 4 min işçini ixtisar etməyi
düşünür.
-
Nida Xəbər 11:28
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış edir - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?