Google insanlarla robotları dostlaşdırmaq istəyir - VİDEO
Bizi izləyin

Texnoloji

Google insanlarla robotları dostlaşdırmaq istəyir - VİDEO

Şirkət insanabənzər robot mexanizmi üzərində çalışır.

Google korporasiyası yaxınlarda robotexnika sahəsində aparıcı şirkətlərdən sayılan MİT spinout Meka Robotics-i əldə edib.



Meka və Google “insan-robot” münasibətlərini yeni mərhələyə çatdıracaq insanabənzər robot mexanizmi üzərində çalışır. Google üçün robotexnika kifayət qədər perspektivli sahə görünür. Bunun təsdiqi olaraq korporasiyanın robot sahəsində ixtisaslaşan 8-ci kompaniyanı əldə etməsini misal göstərmək olar.



Sonuncu dəfə Google Massaçusets kompyuter elmləri və süni intellekt institutunun araşdırmaçı mühəndislərindən ibarət olan MİT spinout Meka Robotics şirkətini almasını göstərmək olar. Meka Robotics şirkəti 2006-cı ildə yaradılıb. Onun ən böyük uğurlarından biri kimi yuxarı ətraflarını hərəkətə gətirə bilən insanabənzər robotun yaradılmasıdır.



Yeni yaradılan robotun isə əl, baş və gövdədən ibarət aparat olacağı gözlənilir. Onun ölçülərinin orta statistik insanın ölçülərinə yaxın olacağı gözlənilir. Robotda həm də təkminləşdirilmiş nəzarət mexanizminə malik tam miqyaslı idarə sistemi də tətbiq olunub. Elastik xətlər- Series Elastic Acuators (SEAs) robotun dönmə hərəkətlərinə və bütün birləşmələrinin parametrlərinə nəzarət edir. Mekanın bütün robotları mərkəzləşdirilib və vahid Meka M3, Robot Operating System proqram təminatı üzərində çalışır. Bu proqram təminatı isə insana qurğu ilə real zamanda ünsiyyət qurmağa imkan verir.



Bu vaxta qədər MİT spinout Meka Robotics-in ən məşhur məhsulu M1 Mobile Manipulator manipulyatorudur. İnsanabənzər bu robot şirkətin bütün texnoloji baza komponentlərini özündə birləşdirib. Robota quraşdırılmış əl manipulyatorları obeyktləri qaldırmağa və hərəkət etdirməyə, ağır əşyaları rahatlıqla qaldırmağa imkan verir. Bizim ənənəvi ayaq anlayışı onlarda yoxdur. Ayaq əvəzinə onlarda platforma və M1 Mobile Manipulator gövdəni şaquli istiqamətdə qaldıran yaxud endirən mexaniki lift var.



Ətrafında dönə bilən modifikasiyalı baş isə Kinect3-D kamerası ilə təmin olunacaq. Robotun ətrafı daha yaxşı müşahidə edə bilməsi üçün rəqəmsal vasitələrdən də istifadə olunacaq. Köməkçi robotu əldə etmək istəyənlər 340 min dollarından keçməli olacaqlar.


Robotlar çox zərif qurğulardı və öz hərəkətləri- baş və əlləri ilə canlı insana maksimum yaxın olmalıdırlar. Məhz bu tip sülhpərvər robotların yaradılması ilə cəmiyyətlə süni məxluqlar arasında adi və gündəlik münasibətlərin yaradılması nəzərdə tutulub.



Google şirkətinin yaxınlarda əldə etdiyi kompaniyalar arasında Redüood Robotics və robot texnikası üzrə ixtisaslaşan Willow Garage-nin də adını çəkmək olar.



Ümumilikdə, Meka şirkətinin uğurlarından danışarkən “S2” robot-humanoidinin də adını çəkmək lazımdır. Digər insanabənzər robotlardan fərqli olaraq “S2” yaşıl gözləri və maraqlı, müxtəlif rənglərə boyana bilən qulaqları ilə diqqəti cəlb edir. Digər maraqlı robot seriyasını isə Corciya Texnologiya Universitetinin mühəndislərinin hazırladığı “Simon” androidinin adını çəkmək olar. B u robot sizin üz mimikanıza əsasən əhvalınızı və ona diqqət edib-etmədiyinizi müəyyənləşdirə bilər.



Mela Robotics kompaniyasının hazırladığı robotlara diqqət etmək üçün aşağıdakı tanıtım çarxlına baxmaq kifayətdir./azvision.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm