4 yaşlı qız avtobusdan yıxıldı - - VİDEO
Bizi izləyin

Video

4 yaşlı qız avtobusdan yıxıldı - - VİDEO

Təcili xəstəxanaya aparılan qızın ağır zərbədən çənə sümüyünün sındığı deyilir.

Amerikanın Arkanzas ştatında 4 yaşlı qız avtobusdan yola düşüb. Qızı avtomobillərin altından ətrafdakı minik avtomobilinin sürücüsü xilas edib.

Publika.az xəbər verir ki, uşağı xilas edən sürücü jurnalistlərə açıqlamasında avtobusun arxa qapısından azyaşlı qızın yıxıldığını gördüyünü deyib: "Arxa qapı açılanda uşaq yerə yıxılmamaq üçün qapıdan tutdu. Gücü çatmadığı üçün bərk tutuna bilmədi. Ona yaxınlaşanda qorxmuşdu və anasını istəyirdi".

Təcili xəstəxanaya aparılan qızın ağır zərbədən çənə sümüyünün sındığı deyilir. Həkimlər əməliyyata ehtiyac olduğunu və həyati riskin olmadığını bildiriblər.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm