Həqiqətin zəfəri!
Bizi izləyin

Yazarlar

Həqiqətin zəfəri!

Xüsusi qeyd: “Bu yazı Azərbaycan milli kinosunun dünyada tanıdılması məqsədi daşıyır. Ümid edirik ki, rejissorlarımızın diqqətini cəlb edər”

Sultan yaxın dostları Kənan, Firuz, Şahin, Mustafanı da yanına alıb ova çıxır.
Ovları bərəkətli gələn dostlar tutduqları balıqları və vurduqları çöl quşlarını təmizləyib ocaq çatırlar.Cənnət məkan dağların qoynunda səfa sürmək özü bir gözəllikdir.

Kənan Sultanın şərəfinə badə qaldırır:
-Biz hamımız səni çox istəyirik, Sultan.Sən burda da canıyanımcıllığını sübut elədin.Bizdən əvvəl ocağı çatdın, əti şişə çəkib kabab bişirdin.Balıqları qızartdın.Sən həm qoçaq, həm də çox etibarlı dostsan”.

Sağlıq növbəsi Firuza keçir:
-Təsadüfi deyil ki, mənim atam Kamil müəllim məndən, sənin xətrini öz oğlundan çox istəyir. Gəlin badələrimizi dəyərli dostumuzun sağlığına qaldıraq”.

Deyilənlərə təbii olaraq Sahib də qoşulur.Onu da qeyd eləyir ki, içimizdə ən kasıbımız Sultandır amma hamımızın ona borcumuz var. Arzu edirəm heç vaxt neynim, necə eləyim deməyəsən, qardaş, bizə də sənin borcundan çıxmaq imkanı ver.”

Azca dəmlənən Mustafa:
- Ə durun, ə, mənim sizlər kimi iki sifətim yoxdur amma mən də deyəcəm.

Kənan:
-Necə yəni iki sifət? Sənin özünün atan sənin ova Sultanla getdiyini biləndə nə deyir?Vallah mənim valideyinlərim narahat olmur, əksinə, Sultan yanımızdadırsa məni heç axtarmırlar da.

Şahin:
-Necə yəni, belə çıxır ki, biz Soltana yaltaqlanırıq? Bu necə ola bilər ki, biz beş dostun içərisində ən kasıb odur. Biz onun puluna deyil, qabiliyyətli olmasına, sadiqliyinə görə ona hörmət edirik.

Firuz:
-Madam ki, söhbət məcrasını dəyişdi, icazə verin mən də deyim. Hamınız bilirsiz ki, atam holdinq sahibidir. Düşməni də az deyil. Bir gün atam heç mənə demədən Sultanı da yanına alıb harasa gedir.Gənclikdən keçərkən, yolda onların izinə bir maşın düşür.Atam bilmir amma Sultan ayıqdır.Yanacaqdoldurma məntəqəsində onların başını qatıb, diqqətlərini yanıldır.İkisini də yaxşıca əzişdirir.Silahlarını əlindən alır.Atamın heç nədən xəbəri yoxdur, maşında yuxuya gedib.Bir də onda ayılır ki, “oğlan”ların ikisi də əli-qolu bağlı, maşının baqajındadlar.Telefonlarına zəng gəlir “nə oldu, işi bitirdinizmi” deyə.Sultan “az qalıb, indi bitirəcəm”, deyə zəngə cavab verir.
“Tez olun, gecikməyin” deyə əmr gəlir.
Atam qorxur.“Kimin işini bitirəcəksən, sən nə danışırsan, mənimi öldürəcəksən” deyə əl-ayağa düşür.Soltan baqajdakılara işarə eləyir.Atamla polisə gedərək, ona sui-qəsd hazırlayanları təhvil verib geri qayıdırlar. Belə olan halda, deyin görüm, bu adamın sağlığına badə qaldırılmazmı? O mənim hər zaman dostum olub və olacaq da. Atam yeni tikilən binadan ona ev də verəcək. Hələ toyunu da edəcəyinə söz verib.Eşitdiyimə görə sevdiyi qızın atası narazıdır, amma atam onu razı salacaq.Mustafa, demək istədiyim odur ki, dostluqda səmimi olun, Allah hər şeyi görən və biləndir.
Dostlar, gəlin görək Sultan nə deyir?

Sultan:
-Bilirsiz ki, mən araq içmirəm. Ona görə də məndən sağlıq gözləməyin.Məni bu qədər şişirtməyin, biz sadəcə dostuq.Bu qədər.
Beləcə əyləncəli dost məclisi uzandıqca uzanır.

Firuz:
- Bax, araq da qurtarıb. Mən gedib şəhərdən araq alıb gələcəm.

Sultan əlindən açarı alır,
-Olmaz, çox içmisiz.
-Bircə şüşə, vallah bircə şüşə pivə içəcəm.
-Yaxşı, Mən gedib alaram.

Açarı əlindən alıb maşına tərəf gedir. Arxasınca rişxəndlə gülən Firuz:
-Gördünüzmü, onu necə göndərdim. Bunu bir azca təriflə, sonra min boynuna, səni gəzdirsin.

Mustafa:
-Bəs bayaqdan səmimiyyətdən, dostqluqdan dəm vururduz, nə oldu?
Sanki qurbağa gölünə daş atırlar. Hər kəs susur…

Əsas yola çıxan Sultan arxadan gələn siqnal səslərinə maşını kənara çəkir.Qulaqlarını cırmalayan səsi eşitməmək üçün maşına yol verməyi üstün tutur.Bu da azmış kimi güllə səsləri eşidilir.Arxa şüşələr çiliklənib tökülür.Sultan qeyri-ixtiyari sürəti artırır.Deyəsən, arxadakı maşının dərdi onunlaydı.Güllələr qulağının dibindən uçur.Çarəsiz qalan Sultan maşındakı ov tüfənginə əl atır.Maşının təkərlərinə bir neçə əl atəş acır, maşın yuvarlanmağa başlayır.Sultan bir də onda ayılır ki, hər tərəf kamerayla doludur, dağlarda film çəkilir.Rejissora başqa bir maşının çəkiliş meydançasına girildiyi xəbər verilsə də, çəkilişi dayandırmayın deyə israr edir.Özünə də səbəb gətirir ki, mən bu səhnə üçün dünyanın pulunu xərcləmişəm.Müxtəlif yerlərdə qurulmuş on bir kameradan “çəkildi” deyilir.
Olan olmuşdu.Çəkiliş maşınıyla səhv salmışdılar Sultanın idarə elədiyi maşını.Yol polisləri gəlməyində olsun amma Sultan özünü maşına yetirib, içəridən sürücünü çıxarır.
-Qardaş, mənim nə günahım vardı ki, durmadan atəş açırsan?
Sulaına cavab almamış polislər tökülüşür.Sorğu-sual başlayır. Yazıq Sultan inandırmağa çalışsa da ki, atəş açan o deyildi, heç kim dediklərinə inanmır.
-Baxın, bax burda on dənə güllə yeri var.
-Hanı? Göstər!
Bir tərəfdə də rejissor özünə əl qatır.Axı, yaralanan filmin baş qəhrəmanıydı.Əraziyə çağırılan təcili yardım maşını yaralını xəstəxanaya, polis maşını Soltanı nəzarətxanaya götürür.

Gücü özünə çatsa da sevdiyinə, Xumara zəng vurur:
-Olmadı, Xumar. Demək ki, bizə qovuşmaq qismət deyilmiş.Onsuz da ailən məni istəmirdi, sən də məni gözləmə.Həbsdən nə vaxt çıxaram, onu Allah bilir.

-Sultan, səni istəməyən ailəmdi, mən deyiləm. Ömrümün sonuna qədər yolunu gözləyəcəm.Bir də ki, mən sənin günahsız olduğuna inanıram.Özündən muğayat ol.Bil ki, səni çox sevən biri var”.
O biri tərəfdə ayrı vur-çatlasın var. Rejissor özünə əl qatmır. Aktyorun beli qırılmışdı və filmin hələ yarısı çəkilmişdi.Həkimlər xəstənin müalicəsinin uzun çəkəcəyini, bir müddət ayağa qalxa bilməyəcəyini demişdilər.Rejissoru düşündürənsə satdığı evinin, borclarının dərdiydi.Axı, film yarıda qalarsa o, bunların öhdəsindən necə gələcəkdi?!

Atalar nahaq yerə deməyiblər ki, hər işdə bir xeyir var. Filmi çəkən qurumun rəhbərliyi rejissoru günahlandırır, kaş ki, dublyordan istifadə edəydin, belə halda insanların həyatını təhlükəyə atmısan, çəkiliş meydançasını mühafizə edə bilməmisən, deyə.
Sonuncu, o məlum çəkilişə yenidən baxılır.Elə burda da olan olur.Sultanın boy-buxunu, davranışları diqqəti cəlb edir.Ssenaridə dəyişiklik olunur.
Bu əsnada Sultan istintaqa çağırılır.Ona bildirilir ki, əgər çəkiliş heyəti səndən şikayətçi olsa, əlimizdən heç nə gəlməyəcək.
Bəs o dostlar hardadır? Bir az da onlardan bəhs edək. Bəli, Sultanın o çox dəyərli dostları onu yaddan çıxarmayıblar.Görüş alıb onu görməyə gəlirlər, daha doğrusu əzilən “maşın”ın hesabını soruşmağa.

Firuz:
-Biz sənə boşuna etibar elədik. Maşından əsər-əlamət qalmayıb.Gülləbaran olunub.İmkan versəydin, özüm gedəydim araq almağa.De görüm, atama nə cavab verəcəm?!

Sultan acı-acı gülmsəyir:
-Mən də dedim, dostlarım dərdimə düşüb, yanıma gəliblər. Bəs mənim dar günümdə yanımda olacaqdız?Budurmu sizin etibarınız?

Mustafa dillənir:
-Mən axı, sənə demişdim. Sultan…

-----------------------------------------------------------------------------------------------------------------------------
Sultanın bəxti gətirməkdədir. Ssenariyə olunan dəyişikliklə filmdə baş qəhrəman rolunu ona etibar etməyi düşünürlər.Bu filmin idarə heyətinin ortaq qərarıdır.Beləcə, Sultana zamin durub onu həbsdən çıxarırlar. Əlacsız qaldığı üçün təklifi qəbul edən dostumuz, məhkəməyə qədər bundan başqa çıxış yolunun olmadığını görür.Azadlığa çıxır, ailəsiylə, sevdiyilə görüşür.Hadisənin necə olduğunu onlara izah edir.
Beləcə həyatının dönüş nöqtəsi başlayır.
Çəkiliş meydançası hazırlanır, dekorlar qurulur.Bu dəfə aktyor Sultan aşmış maşından sürücünü çətinliklə də olsa xilas edir.Burda onun haqq-hesabı başlayır.Meşənin dərinliklərinə götürdüyü adamın əlsində ona sui-qəsd üçün sifariş edildiyini öyrənir.Ordaca atıb üzünü dönüb gedir.
Filmin çəkilişləri müvəffəqiyyətlə tamamlanır.Sultanın pəşakar aktyordan daha məharətli olduğu üzə çıxır.Artıq məşhurlaşmaq ərəfəsindədir və “sadiq” dostları yenə meydandadır.
Yenə təriflər, iltifatlar… “biz onsuz da bilirdik dostumuzun necə istedadlı olduğunu…”, “bilirik ki, sən bizi indi də yadda çıxarmayacaqsan…” Pafoslu cümlələrin bəzədiyi sağlıqların ardı-arası kəsilmir.
Əsalətini pozmayan Sultan, “siz həqiqətənmi mənim dostumsunuz” deyə dostlarına ikrah hissiylə bir sual verir.

Firuz:
-Sultan, biz də şokdaydıq, nə dediyimizi bilmirdik. Sən bizim dediklərimizə fikir vermə.Sonradan çox peşman olduq, maşın sənə qurban olsun, əsas odur ki, sən sağ və salamatsan.
Sultan onları bağışlayır.

----------------------------------------------------------------------------------------------------------------------------
Zalım fələk yenə işini görür. Məhkəmənin vaxtı gəlib çatır.Film heyəti öz aktyor yoldaşlarının tərəfini vermir, məhkəmədə Sultanı günahkar çıxarırlar.İddiaları da bu olur ki, əvvəlki aktyor ayda ailəsinə on min manat pul qazandırırdı, eləcə də film şirkətinə.Sultanı məşhurlaşdırmaqçün isə onların hələ bir müddət xərc çəkmələri lazımdır. O, bu xərcləri qarşılamaq gücündədirmi?! Verilən sözlərin tutulmadığını görən Sultan kirimişcə başını aşağı salır. Məhkəmə onu üç il həbsə məhkum edir. Yenə Xumarın gözləri yaşlıdır.Sultan onu unutmasını söyləsə də israrla yolunu gözləyəcəyini vəd edir. Əgər lazım olsa otuz il də gözləməyə hazırdır.
Məlum dostlar iş başındadır. Həbsxanada görüş alırlar.İddialar, iradlar qulaq batırır.Firuz, atasının onu evə buraxmadığından, Sultanın onu zibilə saldığından dəm vurur.
Kənansa, çöldə olsan bizimlə söhbətəmi çıxacaqdın? Maşını düzəltdirmək lazımdır, deyiriksə, deməli düzəltdirməlisən, Yoxsa, Kamil müəllimin xasiyyətini bilirsən! deyə səsini qaldırırdı. “ Sənə görə Firuz evində gecələmir, bir gün bizdə, bir gün Şahingildə… Nə deyirsən, bəlkə türmədə sənin yanında qalsın, hə?!
Biçarə Sultan boynunu büküb, “siz axı, mənim dostlarımsınız, görümürsünüz ki, həbsdəyəm? mən nəylə, necə düzəltdirim maşını? Əmin olun,burdan çıxan kimi borc-xərc nə lazımdı eləyəcəm!”
Firuzsa kükrəyir “indi biz səni neçə il gözləyək ki, burdan çıxıb gələsən?bax Sultan, sənə üç gün vaxt, yoxsa gedib evində oturacağıq!”

Sultan Firuzun yaxasından yapışır:
-Tüpürüm sizin dostluğunza. Sənmi mənim evimə gedib pul davası eləyəcəksən?! Firuz, o evdə mən yoxamsa ora heç kim ayaq basa bilməz, eşidirsən?!
Həbsxana gözətçiləri müdaxilə eləməsə yəqin ki, Sultan Firuzun boğazını qoparacaqdı. Növbəti gün görüşə çağırılan Sultan Mustafanı qarşısında görüncə təəccüblənir:
-Sənin nə işin var burda?
-Mən gəlmişəm, dostumu görəm. Halını soruşam.
-Mən gördüm sizin dostluğunuzu Mustafa, artıq mənim dostum yoxdur. Təkəm bundan sonra.
-Hirsini məndən çıxma, Sultan, mən vaxtında səni xəbərdar eləmişdim. Onlara gəlincə, çoxdan əzişdirmək istəyirdim amma səndən çəkinirdim.Bu gün istədiyimi elədim.Üçünün də ağız-burnunu bir-birinə qatdım.Maşın da ustadadır.Xərci nədir, özüm ödəyəcəm. O şərəfsizlərsə çətin başa düşələr dostluğu, inan mənə, bütün maşını yenidən yığdırırlar.”
Mustafanın boynuna sarılan Sultan özünü saxlaya bilmir. Həbsxana nəzarətçisi yaxınlaşır ki, desin, “yenə dava eləyirsən?” Baxır ki, bu dəfə qucaqlaşıblar, gülərək uzaqlaşır.
Mustafa onun ata-anasına baş çəkəcəyini, hər həftə də yanına gələcəyini deyir.Nə istəyi, nə ehtiyacı olsa hazır olduğunu vurğulayır.
Beləcə üç ay keçir.Mustafa sözündə durur. Bu arada çəkilən filmdən xəbər var. Beynəlxalq Festivalda mükafata layiq görülən baş rolun oyunçusuna beş yüz min avro pul mükafatı ayırılır. Mətbuatın bütün diqqəti həbsdə olan Sultana yönəlir. Müsahibələrindən birində bu pulu nə edəcəksiniz sualına məhbusun cavabı belə olur: məni həbsdən kim çıxarsa bu pul son qəpiyinə qədər onundur. Ailəmin yanında keçirəcəyim bir günü milyonlarla pula dəyişmərəm”.
Vəkillər, hüquqşünaslar həbsxanaya axın edir. Növbəti ziyarətçi isə Firuzdur:
-Qardaşım, səninçün çox darıxmışdım. Mən deyirdim də bu, böyük adam olanda bizi saymayacaq, gör mənimlə necə görüşür? Ay kişi, mən gəlmişəm sənə deyim ki, atamın şirkətinin bütün vəkilləri sənin qulluğundadır. Hə, atamın da sənə xüsusi salamı var”.Bu əsnada Şahin gəlir, əlində bazarlıq var. Bəs deməyəsən mənim dayım ölkədə tanınmış vəkildi, uzağa getmə, səni aldatmasınlar.Az keçməmiş Kənan özünü yetirir. Bu dəfə Sultan onun danışmağına imkan vermir:
-Hə, əziz dostum, səndəmi məni azadlığa çıxarmağa gəlmisən? Sənin hansı qohumun vəkildi?Mənə alış-veriş eləmək indimi yadına düşüb?
Şərəfsizlər! Rədd olun burdan!
Kənarda duran Mustafa səssizdi.Sultan əliylə yanına çağırdı.
-Sən niyə uzaqdasan? Niyə heç nə demirsən?
-Dedim görüm indi nə bəhanə gətirəcəklər? Nəyə gəliblər, Sultan?
-Gəliblər ki, mənimlə sözləşmə imzaladıb indi də vəkilləri vasitəsilə pulumu soysunlar.
-Sən nə dedin?
-Nə deyəcəm? Gördüyün kimi qovdum.Sən kimi məsləhət bilirsənsə o vəkili gətir mənə.
-Sözün düzü, mənim elə də yaxşı tanıdığım vəkil yoxdur. Bir də, sən doğrudanmı pullarının hamısını bağışlayacaqsan?
-Hə. Sözüm sözdür. Mənim üçün evimdə olmaq, ailəmin yanında olmaq hər çeyə dəyər, dost. İnan mənə, dünya malında gözüm yoxdur. Sən ki, məni tanıyırsan.
Bu vaxt rejissorla film şirkətinin menecerinin görüşə gəldiyi bildirilir.Sultan həbsxana gözətçisinə “əgər buralarda kimisə vurub öldürməyimi istəmirsinizsə bunları aparın burdan”.

Rejissor:
-Mənə qulaq as, Sultan, biz səhv eləmişik, gözümüz kor olub. Biz sənin istedadını görməzdən gəldik, bağışla.

Sultan:
-Əlimdən bir xata çıxmamış gedin burdan.
Sonra da üzünü Mustafaya tutub:

-Bir bunlara bax, gör pula görə nə oyunlardan çıxırlar.

------------------------------------------------------------------------------------------------------------------------------
Film şirkəti Sultanla razılığa gəlmək üçün yollar axtarır. Şirkətin meneceri:
-Ona elədiyimiz o qədər pislikdən sonra çətin ki, bir də bizə inanıb işləməyə razılıq versin. O mükafat onun payıdır, biz heç nə edə bilmərik. Bir də ki, axı biz də az pul almamışıq.
Rejissor:
-Dəli olmusan? Məsələ ondadır ki, Hollivuddan təklif gəlib.Onlar bizimlə müqavilə bağlayıb Sultanı filmə çəkmək istəyirlər.İndiyə qədər çəkdiyimiz kinolar bizə nə qazandırıb ki?Onlarla işləsək bircə ildə həm yaxşıca qazanarıq həm də şöhrət qazanarıq.Sən heç bilirsən Hollivud filmlərini niyə hamı bəyənib baxır?
-Bəsdi, tapmaca söylədin. Bir çarə bulun, Sultanı necə razı salacağıq?Hə, de görüm, ürəyində qalmasın, Hollivud filmləriylə bizim filmlərin fərqi nədir?Sən rejissor deyil, kütbeyinsən.Əslində filmi də özüm çəkməliydim, bax, mənim dəyişikliyimlə Sultan rola çəkildi və film mükafat layiq görüldü.Amma sənin fitnə-fəsadınla biz onu həbsə atdırdıq.Hamımızn beynini yedin.
Rejissor başını aşağı saldı.
-Haqlısan amma bu vəziyyətdən çıxış yolu deyil. Sabah Hollivuddan gələcəklər. Gəl, sabah gedək Sultanla görüş alaq.
Senarist:
-Sənin gəlməyinə ehtiyac yoxdur. Özüm gedərəm.
Həbsxana.
Ssenarist:
-Sultan sənsən?
-Mənəm. Nədi ki?Hə, tanıdım. O kollektivdə hörmət elədiyim bir adam varsa o da sənsən?
-Niyə?

-Çünki hər kəs məhkəmədə üzümə durdu amma sən bunu eləmədin. Düzünü de, səni də rejissor göndərib?
-Hə. Düzdür, nə gizlədim, məni o göndərib bura. Səninlə danışmaq üçün.
-Mən onun adını belə eşitmək istəmirəm. Gedə bilərsən.
-Sakitləş Sultan. Haqlısan.Sənin yerinə mən də olsam belə edərdim.Amma məni dinlə.Sənin başına dövlət quşu qonub.
-500 mini deyirsən? Mənə evimdən, ailəmdən artıqdır məyər?görmürsən burda dəli olmuşam? Ona qalsa bu pul üçün onlarla vəkil gəldi bura.
-Yox, mən onu demirəm. Hollivuddan bizim film şirkətinə təklif gəlib.Səbəbkar da sənsən.Rejissor buna görə səninlə razılaşmaq üçün israr edir.Mən istəyirəm sözləşməni onlar deyil, birbaşa səninlə imzalasınlar.Əgər razılaşsan mən bu əlaqəni yaradaram.Bu şansı qaçırma.
-Sən niyə dostlarını satırsan? Axı məni elə də tanımırsan.
-Sənin kimi istedadlı gəncləri qabağa çəkmək lazımdır ki, bizim də kinomuz inkişaf eləsin. Məsələ yoldaşlarım kimi qabağa gedəni həbsə atdırmaq deyil.Sənə söz verirəm, onlarla əlaqə yaradıb, səninlə görüşdürəcəm.

--------------------------------------------------------------------------------------------------------------------------

Gözlənilən gün gəlib çatdı.Hollivud heyəti qarşılandı, görüşlər keçirildi.Rejissor Sultanı razı sala bilmədiklərini, amma ondan da istedadlı gənclərin olduğunu deyir.Heyətsə Sultanı görməkdə israrlıdır.Ssenarist bir yolunu taparaq heyətə, rejissorun Sultanı bilərək həbsə atdırdığını, indisə yalandan nağıl danışdığını deyə bilir.Sultan məsələdən xəbərdardır və sözləşməyə razıdır.İşin üstü açılır.Hollivud heyəti özlərinin beynəlxalq dərəcəli vəkilini Bakıya çağırtdırırlar.Bir gün sonra vəkili Sultanla görüşdürürlər.Hadisə olduğu kimi tərcüməçi vasitəsilə vəkilə bildirilir.
Vəkil:
-Məsələ aydındır. Əmin ol, bir neçə günə azadlıqda olacaqsan.
Vəkilin israrıyla işə yenidən baxılır.
Proses zamanı. Vəkilin müdafiəsi.
-Film çəkilişi zamanı həqiqi silahdan istifadə eləmək heç bir qanuna sığmır. Burda isə nəinki istifadə edilib, hətta Sultana dəfələrlə atəş açılıb.Ərazinin çəkiliş meydançası olduğu heç bir plakatda göstərilməyib.Baxın, bu da şəkillər.Sultan yox, hər hansı biri ordan keçsəydi eyni hadisə yaşanardı. Çəkilişi dayandırmaq bir yana qalsın, onlar atəş açaraq Sultanın həyatını riskə atıblar. Tələbim budur.Sultanın həbsdə keçirdiyi müddət üçün, film şirkəti təzminat ödəməlidir.Buna yalan ifadə də daxildir. Eləcə də əgər həbsdə olmasaydı indi dünyanın bir çox şirkətilə müqavilə imzalamışdı ki, bu itirilən vaxt üçün də cəza tətbiq edilsin!
Qərar: Film şirkətinin Sultan üçün tutduğu vəkil onun bəraəti üçün heç bir araşdırma aparmamışdır. Məhkəmə Sultanın azadlığa çıxma qərarı alır. Film şirkətinə təzminat cəzası tətbiq edilir.
Sultan azadlığa çıxan kimi Hollivuddan gələn heyətlə görüşüb, milyonluq layihələrə imza atır.Hollivuda dəvət edilən Sultan üç gün vaxt istəyir.Belə halda onu qorumaq üçün mühafizəçilər ayırılır.İki maşın 24 saat onu qoruyur.
Evlərinə gələn Sultanı ailəsi gözyaşlarıyla qarşılayır. Kişik qardaşı:
-Mən sənsiz çox darıxmışam, qaqa, bir də bizi qoyub getmə!
O ata anasiyla görüşüb dərdləşir. Atası:
-Oğlum, sənin bircə dostun var, o da Mustafa. Bir də onlarla dostluğuna razı olmaram.Sənin yoxluğunda Mustafa həmişə bizə dəstək oldu.
Sultan Hollivud məsələsini atasına danışandan sonra:
-Ata, mənim indi bir görüşüm var. Ondan sonra həm Mustafanı həm də bir dostumu da yanıma alıb gələcəyəm. Bu axşam böyük bir qonaqlıq verəcəm hamınıza.Siz hazırlaşın, axşam arxanızca gələcəklər” deyib evdən çıxır.
Dostlarıyla həmişə yığışdığı çayxanaya gəlir.Qapıdan girir ki, köhnə dostları məclis qurublar.Sultan stul çəkib əyləşir.Bir neçə nəfər gəlib onunla salamlaşır.
Firuz:
-Eh, köhnə dost, başına dövlət quşu qonmuşdu, onu da qaçırdın. Allah bilir kimə yedizdirdin o pulları.
Kənan:
-Hə, versəydin o pulu dayıma, bizə də bir pay düşərdi bəlkə. Biz də sənə xərcləyərdik.
Şahin:
-Mənim 500 minim olsaydı neçə il desələr həbsdə yatardım. Səndə heç ağıl var?!
Firuz:
-Atam da səndən inciyib, daha sənə iş verməyəcək. Birdən gəlib iş-zad istəyərsən ha, heç üz vurma.
Sultan:
-Atan nə tez yadından çıxardı can borcunu? “
Bu əsnada Mustafa onları görüb yaxınlaşır:
- Mehriban olasız həmişə, Sultan, yəqin darıxmısan dostların üçün, hə?
Sultan:
-Gəl, gəl əyləş, Mustafa.
Mustafa:
-Mən sonuncu dəfə səninlə birlikdə oturmuşdum bu şərəfsizlərlə. Deyirsən indi yenə də…? Sultan:
-Otur, mən də axırıncı dəfə otururam onsuz. Gözlərindəkini görüm…
Firuz:
- Bizim gözümüzdə nə var nə görürsən ki?
Sultan:
- Mən orda çox şey görürəm. Sizin min sifətiniz olduğunu görürəm.Amma siz bir daha məni görməyəcəksiz, axtarsaz da tapmayacaqsız.

Mustafayla çölə çıxan Sultanın arxasınca dostları özünü yetirir.
-Sultan bir dayan, de görüm, bu nə deməkdir? Sən kimsən? Hələ bir özünə iş-güc tap, ondan sonra bizimlə danış.
Elə bu vaxt çöldəki maşınlara gözləri sataşır.
“Vay vay, buna bax, bu maşının markası nədir? Mən heç beləsini görməmişəm.”
Maşına baxmaq üçün yaxınlaşanda arxasindan Sultanla Mustafa da gəlir.Arxadakı maşından mühafizəçilər tez Sultanı dövrəyə alır, maşının qapısını açırlar.

Firuz:
-Hə, deməli 500 min səndədir ki, sən belə güvənliklə gəzirsən. Onsuz da sən nə bilirsən pul işlətməyi?Bir həftəyə xərcləyib yenə üzünü bizə tutacaqsan.

Sultan:
-Ay bədbəxt, mən yeni işimlə bağlı Hollivuda gedirəm. Və mənim həftəmə 500 min pul hesablanır.Bilirsən, müqaviləm də müddətsizdir.”

Şahin:
-Sultan, bir dur, axı biz dostuq. Mən Firuz kimi deyiləm məni də apar özünlə.
Sultan əhəmiyyət vermir.Bu səfər yolunu Xumargilin evindən salır.Qızı atasından istəyir.Elə ordan da nişanlısını, ailəsini götürüb öz ailəsilə birlikdə əvvəllər heç cür pulu yetməyəcəyi bir məkana, şəhərin ən gözəl restoranlarından birinə yol alır.Təbii ki, ssenaristi də unutmur.
Bu gün Sultanın nişan günüdür. O öz doğruluğuyla həm sevdiyinə, həm də gözəl imkana sahib olur. Beləcə onu sevənlərlə birlikdə sevdiyi qızın barmağına üzük taxır.Bu dəfə sağlığına qədəh qaldıranlarsa iküzlü dostları deyil, onu həqiqətən sevən insanlardır.
Nahaq yerə deməyiblər ki, həqiqət həmişə qələbə çalır!




Müəllif hüquqlarına hörmətlə yanaşmanız diləyilə (şəhadətnamə 7526 - 29.03.2013)
Cəlaləddin Qasımov.


Oxumağa davam et
Reklam
Reklam

Gündəm