Yazarlar
Qadın kabluku altında
Bilmirəm təsadüfən, ya da bilərəkdən bizdə eyni vaxtda iki nəşriyyat Karl Marksın "Kapital"ını çap edib. Qəribə deyil! Marks demişkən: “Avropanı kabus bürüyüb”. Bəlkə də bu, o kabusun dalğasıdır? Kapitalını bitirən nəşriyyatlar “Kapital” nəşr edirlər.
Avropanın yeni kabusu isə "Brexit" oldu. Avropanın millətçi, anti-Avropa, millətçi ritorikası ilə çixiş edən şəxsləri sevinib qurtarmamış, Avstriya "asqırdı". İyulun 1-də Konstitusiya məhkəməsi mayda keçirilən prezident seçkilərinin nəticəsini ləğv etdi və yeni seçkiləri oktyabra təyin etdi. Birinci Dünya müharibəsinin əsas ibnəsi olan, İkinci Dünya müharibəsində asanca Hitlerin altına uzanan, zahirən sakit, heç kimə toxunmayan Avstriya deyəsən, 100 il sonra yeni dünya müharibəsinin bəhanəsi olmaq istəyir. Prezident seçkiləri Avstriyada oktyabrda keçirilərsə Avstriya Azadlıq Partiyasının sədri, ultrasağçı Norbert Hoffer qalib gələ bilər. Hoffer də olduqca təhlükəli şəxsdir. Ancaq bu kabusun virusu təkcə Avstriyanı yox, Şərqi Avropanı da bürüyüb. 6 ildir hakimiyyətdə olan, “Avropanın Çavesi” adını alan “diktator” Viktor Orban Mühafizəkar Xristian Partiyasının lideridir. Amma ultrasağçı, millətçi “Yobbiq” partiyası onu dinc qoymur. Bu partiya isə antisemit və antiqaraçı mövqeyi ilə məşhurdur.
2015-in sonunda Polşada "Həqiqət və Haqq" partiyası qələbə çaldı. Mühafizəkar qüvvə şüar kimi liberalizmin və Avropa dəyərlərinin əleyhinə çıxırdı. Zahirən sakit görünən Slovakiyada Mariana Kotleb səs yığmağa başladı. Almaniyada Avropanın islamlaşması əleyhinə olanlar və “Almaniya üçün alternativ partiyanın tərəfdaşları” Angel Merkel üçün təhlükə yaradıblar. Fransada 2015-ci ildə Mari Le Pen millətçi cəbhənin lideri kimi önə çıxdı. Yunanıstanda 2015-ci ildə sol populist partiya olan Sriza qalib gəldi.
Bəlkə də, Avropanın belə bir yuvarlaşmasına dözmək olardı. Okeanın o tayında ekssentrik milyarder Donalt Tramp ABŞ prezidentliyinə iddialı olmasaydı. Doğrudur, böyük ehtimalla seçkilərdə Klinton qalib gələcək, Böyük Britaniya hakimiyyəti Teresa Meyə tapşırılacaq, Avropanın yeni siyasi düzəni qurulacaq. Avropa qadın kabluku altında qalacaq. Amma bu son nəticələr onlar üçün ciddi dərs olacaq. Çünki artıq Avropa üzərində kabus dolanmaqdadır.
Bu kabusun yalnız kitabı, ya da köşəsi bizə gəlib çata bilər. Çünki, biz demokratiyanın və dəyərlərin sərhədini dəqiq müəyyən etmişik. Məncə, ABŞ-da, Britaniyada hakimiyyətə qadınların gəlməsi ilə siyasi quruluş yeni mövzuya hamilə olacaq.
Baş verənlərin həmişə olduğu kimi yenə də Şərqi Avropanın başında çatlayacağı artıq görünür. Bu situasiyada yeni siyasi mərkəzlər iddialı olacaqlar. Azərbaycan da Avropa üçün yeni siyasi mərkəz rolunu oynaya bilər. Bütün hallarda, Avropa insanının Köhnə qitəni bürüyən yeni kabus zamanı yeni düzəndə yaşamaq istəyi var.
İndi bildik avropalıların nəyi çatmır. Ekssentriklik onların həyatına yeni rəng qatacaq. Siyasətçilər Əmir Kusturitsanın filmdə etdiklərini meydanlara gətirəcəklər.
-
Kriminal02:44Azərbaycanda sabiq idarə rəisi restoranda dava saldı - Xəsarət alan var
-
Qoroskop00:45Günün ulduz falı: Yeniliklər və ya ani risklər üçün uyğun zaman deyil
-
MDB11 Noyabr 19:50KTMT-dən sərt qərar: Ermənistan iki hüququndan məhrum edildi
-
Nida Xəbər 11 Noyabr 18:20Vətəndaşlar bəzi dövlət xidmətləri üzrə əlavə ödənişlərdən azad edilə bilər
-
Hadisə11 Noyabr 16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 11 Noyabr 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region11 Noyabr 12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11 Noyabr 11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü






















.jpg)















