İdman
"Neftçi" Eto O’lu "Antalyaspor"u məğlub etdi
Türkiyədə təlim-məşq toplanışında olan "Neftçi" bu gün sonuncu yoxlama oyununu keçirib.
Publika.az xəbər verir ki, "ağ-qaralar" Superliqa təmsilçisi
"Antalyaspor"la üz-üzə gəlib. Samuel Eto`Onun da formasını
geyindiyi "Antalyaspor"la oyun Bakı vaxtı ilə saat 22:30-da
başlayıb.
Qarşılaşma "ağ-qaralar"ın 2:0 hesablı qələbəsiylə nəticələnib.
Oyunda "Neftçi"nin qollarına Ruslan Qurbanov və Fəhmin Muradbəyli
imza atıblar.
Qeyd edək ki, “Antalyaspor”un heyətində məşhur kamerunlu ulduz Samuel Eto`O meydana çıхıb.
"Neftçi" Türkiyə toplanışı çərçivəsində əvvəlki yoxlama
görüşlərində "Alanyaspor" (1:1) və Səudiyyə Ərəbistanının
"Əl-Faysali" (2:1) komandası ilə qarşılaşmışdı.
Yoxlama oyunu
31 iyul
22:30. Neftçi - Antalyaspor 2:0
Qol: Ruslan Qurbanov, 60. Fəhmin Muradbəyli, 88.
Neftçi: Aqil Məmmədov, Elvin Bədəlov, Melli, Aylton, Kamal Qurbanov, Kaue, Rəhman Hacıyev, Elşən Abdullayev, Samir Məsimov, Araz Abdullayev, Məhəmməd Qurbanov.
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"