İdman
"Borussiya" Mxitaryanı "Qəbələ" ilə oyuna gətirmək istəyir
"Borussiya" erməni futbolçusu Henrik Mxitaryanın Bakıya buraxılmayacağı iddialarına münasibət bildirib.
Trend-in Almaniya mətbuatına istinadən verdiyi məlumata görə, Dortmund klubunun mətbuat xidmətinin rəhbəri Saşa Fligge bu xəbərlərin doğru olmadığına ümid etdiyini deyib:
"Henrik bizim üçün çox önəmli oyunçudur. O, son həftələrdə parlaq çıxışı ilə seçilir".
Qeyd edək ki, Ermənistan milli komandasının yarımmüdafiəçisi
olan Mxitaryanın oktyabrın 22-də Avropa Liqasınn qrup mərhələsində
"Qəbələ"yə qarşı Bakıda keçiriləcək qarşılaşmada iştirakından ötrü
viza ala bilməyəcəyi iddia edilir. Buna səbəb kimi onun 2011-ci
ildə Azərbaycanın erməni işğalı altında olan Dağlıq Qarabağ
regionuna səfər etməsi göstərilib. Hətta Azərbaycan sərhədlərini
qanunsuz keçdiyi üçün onun həbs edilməsinin mümkünlüyü də
vurğulanıb.
Xatırladaq ki, "Borussiya" Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qəbələ" ilə qarşılaşacaq.
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək