Gürcüstanın sabiq nazir müavini güllələndi
Bizi izləyin

Dünya

Gürcüstanın sabiq nazir müavini güllələndi

Gürcüstanın daxili işlər nazirinin sabiq müavini Lavan Qvazava Tbilisi yaxınlığında silahlı hücuma məruz qalıb.

Publika.az bu ölkənin mətbuatına istinadən xəbər verir ki, məlumatı Gürcüstan prokurorluğu yayıb.

Məlumata görə, Tbilisi-Tabaxmela şosesində başından yaralanan keçmiş nazir müavini İnqorkova klinikasına yerləşdirilib. Onunla bir avtomobildə olan Rezo Kalomleçavi isə yerindəcə dünyasını dəyişib.

Prokurorluqdan verilən məlumata görə, yaralının vəziyyəti ağırdır, süni nəfəs aparatına qoşulub və koma vəziyyətindədir. Ölənin onun qohumu və keçmiş polis olduğu bildirilir.

Hadisə yerinə Gürcüstanın daxili işlər naziri Georgi Mqebrişvili də baş çəkib.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm