Nida.az
Azərbaycanda partiya sədri bu səbəbə görə istefa verdi
Azərbaycan İslam Partiyasının (AİP) sədr əvəzi Elçin
Manafov partiyadan istefa verib.
Publika.az-a açıqlamasında E. Manafov bildirib ki,
ümumiyyətlə siyasətdən kənarlaşmaq niyyətindədir: “Siyasi
fəaliyyətdən kənarlaşmağı məqsədəuyğun saydım. İslam maarifçiliyi
ilə bağlı cəmiyyət qurub fəaliyyət göstərmək niyyətindəyəm. Sədr
əvəzi vəzifəsinə gənc kadr İlham Əliyev gəldi. Uzun zamandır
layiqli namizəd gözləyirdim ki, bu postu təhvil verim”.
O, partiyadan gedişi ilə hər hansı qopmaların olmayacağını
söyləyib: “Mənim partiyadakı fəaliyyətim dövründə müavinlərimdən
kimlərinsə quracağım cəmiyyətə gələcəyi gözlənilir. Amma bunu qopma
saymaq olmaz. Çünki hər kəs vəzifəyə gələndə ətrafında yeni adamlar
partiyaya gəlir. İlham Əliyevin özü ilə yeni kadrların gələcəyi
istisna deyil”.
Qeyd edək ki, E. Manafov AİP sədri Mövsüm Səmədov həbs olunduğu
2011-ci ildən etibarən partiyada sədr əvəzi vəzifəsini icra
edirdi.
Asif Nərimanlı
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?