Kamal Abdullanın “Yarımçıq əlyazma”sına mükafat verildi
Bizi izləyin

Magazin1

Kamal Abdullanın “Yarımçıq əlyazma”sına mükafat verildi

İtaliyanın Laquila şəhərində Tanturri Fondunun təsis etdiyi məşhur 42-ci “Scanno” mükafatının təqdimat mərasimi keçirilib.

Publika.az xəbər verir ki, tanınmış yazıçı Kamal Abdulla italiyalı oxucular tərəfindən böyük maraqla qarşılanan “Yarımçıq əlyazma” romanına görə mükafat alıb.

Qeyd edək ki, 1972-ci ildə italiyalı yazıçı, jurnalist Rikkardo Tanturri de Horatio tərəfindən təsis olunmuş “Scanno” mükafatı müxtəlif sahələr üzrə böyük istedad sahibləri, qeyri-adi yaradıcılıq qabiliyyətinə malik şəxslərin fəaliyyətinin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Bu günədək “Scanno”ya layiq görülmüş şəxslər arasında İtaliyanın sabiq baş naziri Romano Prodi, Nobel mükafatçısı Mario Varqas Lyosa, məşhur aktyor Mikele Plaçido, dünyanın müxtəlif ölkələrinin ali dövlət mükafatları ilə təltif olunmuş görkəmli şəxslər yer alır.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm