Dənizli Hamzaoğlundan 4 dəfə çox maaş alacaq
Bizi izləyin

İdman

Dənizli Hamzaoğlundan 4 dəfə çox maaş alacaq

Bir müddət öncə Mais Mənsimovun da xüsusi xahişi ilə Azərbaycanın "Xəzər Lənkəran" klubu çalışdırmış Mustafa Dənizli artıq "Qalatasaray"ın sükanı arxasındadır. Dənizli "Qalatasaray"da bir neçə gün öncə istefaya göndərilən Hamza Hamzaoğlunu əvəzləyib.

Publika.az xəbər verir ki, vaxtilə Türkiyədə “3 böyük”lərdə çalışmış Mustafa Dənizli Hamzaoğludan 4 dəfə çox maaş alacaq. “Qalatasaray” dünən Mustafa Dənizli ilə 1,5 illik müqavilə bağlayıb.

Qeyd edək ki, Hamzaoğlu “Sarı-qırmızılılar”la illik 500 min dollar qarşılığında çalışıb. “Qalatasaray”la 1,5 illiyinə müqavilə imzalayan Mustafa Dənizli isə bir ilə 2 milyon avro qazanacaq.

Xatırladaq ki, Dənizli məşqçilik karyerasına 1987-ci ildə məhz "Qalatasaray"da başlayıb. Sonrakı illərdə "Fənərbaxça", "Beşiktaş"da işləyən Dənizli son olaraq 2013-cü ildə "Xəzər Lənkəran"ı çalışdırmışdı.

Aygün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm