Qədrini bilmədik, Qazaxıstan üçün dünya çempionu oldu
Bizi izləyin

İdman

Qədrini bilmədik, Qazaxıstan üçün dünya çempionu oldu

ABŞ-ın Hyuston şəhərində keçirilən ağır atletika üzrə dünya çempionatı davam edir.

Publika.az xəbər verir ki, 82-ci mundialın 4-cü günündə çəkisi 63 kq olan qadın və 77 kq çəkili kişi ağırlıqqaldıranlar mübarizəyə qoşulub.

Yarış zamanı maraqlı hadisə baş verib. Azərbaycanlı ağırlıqqaldıran Nicat Rəhimov Qazaxıstan milli komandasının heyətində dünya çempionu olub. 22 yaşlı atlet birdən qaldırmanı 165, təkanla qaldırmanı isə 207 kq-lıq nəticə ilə başa vurub. Bununla da o, yekunda 372 kiloqramlıq göstəriciyə nail olub.

KXDR təmsilçisi Kvanq Sonq Kimin də toplam nəticəsi eyni olub. Amma şəxsi çəki nisbətinə görə həmyerlimiz daha üstün olub. Belə ki, körpücük üzərinə çıxarkən Nicatın çəkisi 75.88, koreyalınınkı isə 76.76 kq idi.

Xatırladaq ki, Nicat Rəhimov Azərbaycanı təmsil etdiyi vaxtlarda Sinqapurda keçirilən Yeniyetmələrin I yay Olimpiya Oyunlarında ölkəmizə qızıl medal qazandırıb.

Keçmiş baş məşqçi Zlatan Vanev Nicatın yerinə legioner idmançı gətirmək istəyirdi. Bu üzdən Nicat Rəhimovu millidən uzaqlaşdırmağa çalışmış və buna da nail olmuşdu (http://publika.az/p/7987).

Bir sözlə, “mədəni” dildə “sən gəlmə, lazım deyilsən” demişdi. Bundan sonra məşqçi ilə idmançı arasında mübahisə baş vermişdi. Nicat federasiyadan dəstək görməyincə, Qazaxıstanda çıxış etmək təklifini dəyərləndirmişdi.

Qeyd edək ki, Hyustondakı dünya çempionatının əvvəlki yarış günlərində Boyanka Kostova (58 kq) qızıl, Valentin Xristov (62 kq) bürünc medala sahib olub. Onların hər ikisi əslən bolqarıstanlıdır. Firudin Quliyev (69 kq) 5-ci, Silviya Angelova (48 kq) 34-cü yerlə kifayətlənib.

Aygün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm