Parisdə nümayişçilərlə polis arasında qarşıdurma olub
Bizi izləyin

Dünya

Parisdə nümayişçilərlə polis arasında qarşıdurma olub

Noyabrın 29-da Parisdə COP21- iqlim dəyişikliyi üzrə konfransla bağlı təşkil olunmuş dinc nümayiş zamanı bir qrup maskalı şəxs Respublika meydanına daxil olaraq “Fövqəladə vəziyyət, polis! Bizim nümayiş etmək hüququmuzu poza bilməzlər” deyə qışqırmağa və polisə daş, şüşə butulkalar atmağa başlayıblar. Bununla da aksiya iştirakçıları dinc nümayiş qaydalarını pozaraq polislə qarşıdurma yaradıblar.

Gözyaşardıcı qazdan istifadə edən polis yüzədək nümayişçini saxlayıb.

Respublika meydanında gərgin vəziyyət hələ də davam edir.

Xatırladaq ki, Parisdə törədilən terror aktlarından sonra üç ay ərzində fövqəladə vəziyyət elan olunub və nümayiş keçirmək qadağan edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm