Atamov Yaponiyada gümüş qazandı
Bizi izləyin

İdman

Atamov Yaponiyada gümüş qazandı

Karate üzrə Azərbaycan milli komandasının kapitanı Şahin Atamov (+84 kq) Yaponiyada keçirilən Premyer Liqada gümüş medal qazanıb.

Publika.az xəbər verir ki, o, finalda İran milli komandasının əslən azərbaycanlı favoritlərindən Səyad Gənczadə ilə (fərdi yarışlarda son dünya ikincisi və komanda yarışlarında çempion) mübarizəyə qoşulub.

Görüşün əsas vaxtı heç-heçə bitsə də, 5 hakimdən 3-ü qələbəni (xante ilə) rəqibə verib. Bu medal Azərbaycan idmançısının (şəxsi məşqçisi Şahin Xudaverdiyev, milli komanda məşqçisi Rəhman Hətəmov) 2015-ci il Premyer Liqalarında 3-cü gümüş mükafatıdır. Yanvarda Parisdə 2-ci yeri tutan Ş.Atamov fevralda Hollandiyanın Almere şəhərində analoji turniri də eyni nəticə ilə başa vurub. Bundan başqa, dünya reytinqində 5-ci olan karateçi Yaponiyada qazandığı gümüş medalla 3-cü pilləyə yüksəlib.

Qeyd edək ki, Okinavada Dünya Karate Federasiyasının (WKF) Premyer Liqa seriyasından ilin son nüfuzlu yarışında 38 ölkədən 207 idmançı iştirak edib. Turnirdə Azərbaycanı yalnız Şahin Atamov təmsil edib. Azərbaycan karateçilərinin növbəti Premyer Liqa yarışı 2016-cı ilin yanvarında Parisdə olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm