Qırmızı.az
"Azərbaycan Rusiya bazarında turizmin layiqincə təmsil olunmasında maraqlıdır"
Türkiyə-Rusiya münasibətlərinin gedişatından asılı olmayaraq, Azərbaycan Rusiya bazarında turizmin layiqincə təmsil olunmasında maraqlıdır və bunun üçün də addımlar atılmalıdır.
Trend-in məlumatına görə, bunu Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
Türkiyənin dünya turizm məkanında özünəməxsus təcrübəyə malik olduğunu, Azərbaycanın çox vaxt bu ölkədən nümunə də götürdüyünü deyən nazir qeyd edib ki, Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsi iki ölkə arasında turistlərin səfərlərinin sayının azalmasına gətirib çıxaracaq: "Ümidvaram ki, siyasətçilər öz aralarında bu məsələni həll edəcəklər və bu proses normal axarına düşəcək. Amma biz də bu proseslərə mütləq bir reaksiya verməliyik. Artıq Azərbaycan Turizm Assosiasiyası "Azal"la birlikdə müəyyən işlər görüb, biz hotellərlə danışmışıq, yeni paketlər təqdim etmişik. Bu gün turizm sənayesinin nümayəndələri ilə nazirlikdə görüş olacaq, onlara da yeni tövsiyələr, istiqamətlər veriləcək".
Nazir qeyd edib ki, onlar Rusiyadan Azərbaycana gələn turistlərin sayının çoxalmasını arzu edirlər.
Onun sözlərinə görə, Rusiyadan Türkiyəyə gedən insanlar daha çox isti iqlimə, dəniz kənarında istirahətə üstünlük verirlər: "Biz bunu hazırki hava şəraitində təqdim edə bilmərik. Amma bunun müqabilində biz qış turizmini, səyahət, mədəni, ziyarət, qastronom, müalicə turizmini təqdim edirik. Bu çeşidlər imkan verir ki, hər bir istiqamət üzrə maraqlanan insanları Azərbaycana cəlb edək. Azərbaycana gələn insanların arasında Rusiyanın bazarı çox böyük faiz təşkil edir. Ona görə də bu, bizim üçün prioritet istiqamət olaraq qalır. Biz düşünürük ki, Azərbaycana gələn rus turistlərinin sayı ildən-ilə artacaq".
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?