Paytaxtda yanğın: 12 ölü
Bizi izləyin

Dünya

Paytaxtda yanğın: 12 ölü

Moskvada fabrikdə yanğın nəticəsində 3-ü uşaql olmaqla 12 nəfər həlak olub.

Publika.az xarici KİV-lərə istinadən xəbər verir ki, təhqiqatçılar alovun şənbə günü gecə 3000 kv. metr sahəsi olan tekstil fabrikində başladığını bildirir.

Rusiyanın uşaq hüquqları üzrə ombudsmanı Pavel Astaxov bu gün Twitter-də deyib ki, ölən uşaqlardan biri çox körpə olub.

Rəsmi məlumata görə, ölənlər əsasən fabrikdə yaşayan mühacir işçilər olub. Fövqəladə Hallar Nazirliyinin işçiləri bir neçə saat yanğını söndürməkdə çətinlik çəkib.

Yanğına nəyin səbəb olmasına dair hələlik heç bir məlumat verilməsə də, rəsmilər bununla bağlı artıq istintaq başladıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm