Dünya
Putinin Suriya planı – son tarix 11 fevral - VİDEO
Rusiyanın Suriya ilə bağlı yeni planı ortaya çıxıb.
Publika.az Türkiyənin “Hürriyyət” nəşrinə istinadən xəbər verir ki, Rusiya fevralın 11-də Almaniyanın Münhen şəhərində keçirilməsi planlaşdırılan Suriya toplantısına kimi Hələbi müxalifət güclərindən almaq istəyir.
Suriyadakı yeni qaçqın dalğasını müzakirə etmək fevralın 6-da toplanan BMT Təhlükəsizlik Şurasının iclası da hər hansı qərar qəbul etmədən başa çatıb. Rusiya lideri Vladimir Putinin hədəfi isə Bəşər Əsəd güclərinə göndərdiyi son model T-90 tankları ilə 11 fevral tarixinə kimi Hələb üzərində nəzarəti tamamilə təmin etməkdir.
Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin isə Suriyada “terrorçu təşkilatlarla” mübarizənin qanuni olduğunu bildirib.
Rusiyanın “Gazeta” nəşri “Vladimir Hələb üçün döyüşür” başlıqlı xəbərində Rusiyanın rejim güclərinə yalnız hava qüvvələri ilə deyil, quruda ağır texnika ilə də dəstək verdiyini yazıb.
“Putin Hələbin tezliklə alınmasını istəyir. ABŞ-ın müxalif qüvvələrinə verdiyi TOW-2A tank əleyhinə raketlərinə qarşı T-90 tanklarından istifadə edilir. Son model T-90 tanklarında raketlərə qarşı erkən xəbərdarlıq sistemi var”, - Rusiya nəşri qeyd edib.
Ömər Dağlı
-
Sosial16:23
Parlament seçkiləri önə çəkilə bilər - Məzahir Pənahov
-
Nida Xəbər 15:48
Xəritə yayıldı: ermənilərin zəbt etdiyi bu ərazilər Azərbaycana təhvil verilir
-
Magazin115:26
Tələbələrimin hamısı yuxarıdan tapşırılır - VİDEO
-
İdman15:00
Bütün Avropa bu qızları axtarır - FOTOLAR
-
Sosial14:55
“İpoteka haqqında” Qanuna dəyişiklik edildi: Kimlərə sərfəli olacaq?
-
Hadisə14:08
Bakının mərkəzində özünü binadan atan 37 yaşlı kişi şirkət işçisi imiş - FOTOLAR
-
Sosial13:18
Azərbaycanda uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ
-
Sosial13:06
Sabah yağış yağacaq, külək əsəcək - PROQNOZ