“Neftçi”nin futbolçusu Sloveniya klubuyla anlaşdı - FOTO
Bizi izləyin

İdman

“Neftçi”nin futbolçusu Sloveniya klubuyla anlaşdı - FOTO

"Neftçi"nin üzvü Samir Məsimovun Antalyaya, Sloveniyanın "Domjale" klubununun düşərgəsinə yollanması barədə məlumat vermişdik.

Publika.az xəbər verir ki, artıq futbolçunun "Neftçi"ylə müqaviləsinə qarşılıqlı razılaşma ilə xitam verilib.

Beləliklə, Samir bundan sonra "Domjale"nin şərəfini qoruyacaq. Sloveniya klubunun rəsmi saytında müqaviləylə bağlı hələ ki, heç bir məlumat verilməyib.

Xatırladaq ki, "Domjale" Sloveniya çempionatında 3-cü pillədə qərarlaşıb. 22 turdan sonra hesabında 38 xal olan "Sarı-göylər" birinci pillədəki "Olimpiya"dan 8 xal geri qalır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm