ABŞ və Rusiyanın “Bahar planı”: dövlət qurub Türkiyəyə hücum edəcəklər
Bizi izləyin

Dünya

ABŞ və Rusiyanın “Bahar planı”: dövlət qurub Türkiyəyə hücum edəcəklər

ABD və Rusiyadan dəstək alan PKK/PYD terror təşkilatının “Bahar planı” üzə çıxıb.

Publika.az Türkiyənin “Star” nəşrinə istinadən xəbər verir ki, PKK/PYD Suriyada bahara qədər dövlət quraraq ardınca Türkiyəyə hücum etməyi planlaşdırır.

PKK Türkiyənin cənubi-şərqində ağır itkilər verməsinə baxmayaraq, Suriyanın şimalında dövlətin qurulması üçün zaman qazanmağa çalışır.

Məlumata görə, PKK təkcə ölkənin cənubi-şərqində yerləşən üç mahalda 1000-ə yaxın itki verib. Lakin hələ də müqavimət göstərir və bununla Suriya qolu sayılan PYD-nin bu ölkənin şimalında dövlət qurmasına yardım etmək istəyir.

İddiaya görə, baharda İraq və Suriyadan 10 min PKK-lı Türkiyəyə gələcək. Kəşfiyyatın əldə etdiyi məlumatda deyilir ki, PKK-nın “xəndək siyasəti” həyata keçirməkdə məqsədi kürdlərə azadlıq gətirmək deyil, yeni Suriya xəritəsi çəkilərkən Türkiyənin masada olmasına imkan verməməkdir. Plana görə, Türkiyə şəhərlərdəki xəndəklərlə məşğul olduğu bir vaxtda Suriyanın şimalında heç bir əməliyyat keçirə bilməyəcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm