Hadisə
Telefon kabeli oğurlandı - 4 kənd rabitəsiz və internetsiz qaldı
Lənkəranda telefon naqillərinin kəsilərək oğurlanması
dörd kəndi rabitəsiz qoyub.
Oğurluq hadisəsi rayonun Mollakənd kəndi ərazisində qeydə
alınıb.
Fevralın 9-da səhər saatlarından telefonların kəsildiyini görən
sakinlər Lənkəran Rayon Telekommunikasiya Qovşağının əməkdaşına
müraciət ediblər. Araşdırmalar nəticəsində məlum olub ki, magistral
yoldan keçən rabitə xəttinin 200 metrlik hissəsi kəsilərək
oğurlanıb.
Kabellərinin kəsilməsi Siyobili, Əşlə, Yuxarı Təngivan və Aşağı
Təngivan kəndlərinin 200 sakinini rabitə və internetsiz
qoyub.
Yerli sakinlərin bildirdiyinə görə, kabellərin daxilindən mis
məftillər keçdiyindən oğru, yaxud oğrular rabitə xətlərini kəsərək
satıblar.
Artıq hadisə barədə 102 xidmətinə və Lənkəran Şəhər-Rayon Polis
Şöbəsinə (ŞRPŞ) məlumat verilib. Polis əməkdaşları hadisə yerinə
gələrək istintaq üçün zəruri olan izləri götürüblər.
Faktla bağlı Lənkəran ŞRP-də araşdırma aparılır, hadisəni törədənlərin tapılaraq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. (APA)
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu