“Sadəcə sev” filminin təqdimat mərasimindən - FOTOLAR/VİDEO
Bizi izləyin

Art

“Sadəcə sev” filminin təqdimat mərasimindən - FOTOLAR/VİDEO

Nizami Kino Mərkəzində “Sadəcə sev” filminin qala gecəsi keçirilib.

Publika.az xəbər verir ki, “Media Master” şirkətinin istehsalı olan filmdə tanınmış müğənni Günay İbrahimli özünü aktrisa kimi sınayıb. Filmin digər baş rol ifaçıları aktyorlar Cövdət Şükürov, Elşən Rüstəmovdur.

Təqdimat mərasimində filmin yaradıcı heyəti, sənət aləminin tanınmış simaları iştirak edib.

"Sadəcə sev"in ssenari müəllifi Elçin Muradov, rejissoru Sain Qəhrəman, operatoru Orxan Məmmədov, baş prodüseri isə Rüstəm Əliyevdir.

Filmin təqdimat mərasimindən sonra müğənni Günay İbrahimli bizimlə təəssüratlarını bölüşüb. “Çox filmlərdən təklif var idi. “Sadəcə sev” filminin ssenarisi xoşuma gəldiyi üçün təklifi qəbul etdim. İlk dəfədir ki, baş rolunu canlandırdığım filmə çəkilirəm. Məncə, rolumun öhdəsindən layiqincə gələ bildim. Ən əsası izləyicilərin təsirlədindiyi hiss etdim, hətta deyərdim ki, gözlədiyimdən də yaxşı qarşılandı. İnaniram ki, tamaşaçılar filmi böyük maraqla izləyəcək”.

Müğənni gələcəkdə də filmə çəkilmək istədiyini bildirib. “Ssenari xoşuma gəlsə, yenidən filmə çəkilə bilərəm. Çətin olsa da, bu işdən böyük zövq aldım”.

Qeyd edək ki, “Sadəcə sev”in bu gündən etibarən kinoteatrlarda nümayişinə başlanılıb.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm