Spiker o saytları sərt TƏNQİD ETDİ
Bizi izləyin

Nida.az

Spiker o saytları sərt TƏNQİD ETDİ

Milli Məclisin sədri Oqtay Əsədov parlamentin bu gün keçirilən plenar iclasında deputatları və KİV-ləri cəbhə xəttindəki hadisələrlə bağlı diqqətli olmağa çağırıb.

Publika.az-ın məlumatına görə, spiker deyib ki, bir sıra xəbər saytları cəbhədə baş verən hadisələrlə bağlı doğru mövqe sərgiləmir: “Saytlarda qoyurlar ki, bu haradan vurur və sairə. Biz bunlara diqqət etməliyik. Bu jurnalistlərə də aiddir. Ötən sessiyada xahiş etmişdim ki, parlamentin Dostluq Qrupunun sədrləri, beynəlxalq təşkilatlarla daha sıx işləsin, məktublar yazsın, həqiqətləri açıqlasın. Bəziləri məktub yazıb, ancaq bu işlə hamı məşğul olmalıdır”.

Daha sonra O.Əsədov bildirib: “ABŞ senati məktub yazır ki, Qarabağda müharibəni dayandırın. Burada danışmaqdan daha çox beynəlxalq təşkilatlara yazmaq lazımdır. Çoxları heç bilmir ki, Qarabağ harada yerləşir. Ad çəkməyəcəm ötən dəfə bir görüşdə xarici nümayəndə xəritəni açıb göstərirdi ki, bəyəm Qarabağ Ermənistanla sərhəddə deyil. Çoxu heç bilmir münaqişə necə başlayıb, onun tarixi hara gedib çıxır. Ermənilər də yalan-şər maşınını işə salıblar. Hesab edirəm ki, indi daha çox xarici təşkilatlara məktub yazmaq, vəziyyəti izah etmək, həqiqətləri anlatmaq lazımdır”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm