Rusiyadan Qarabağ açıqlaması: “Münaqişənin həlli üçün...”
Bizi izləyin

Nida.az

Rusiyadan Qarabağ açıqlaması: “Münaqişənin həlli üçün...”

“Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üçün artıq baza var. Sadəcə olaraq, tərəflər bunu həyata keçirməlidir ”.

Publika.az xəbər verir ki, bu barədə Rusiyanın ATƏT-də daimi nümayəndəsi Aleksandr Lukaşeviç deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ məsələsi çox həssas və spesifikdir: “Minsk qrupunun həmsədrləri bu yaxınlarda regiona səfər etdi, daha sonra ATƏT-in qüvvədə olan sədri ilə görüşdü. Onlar tərəflərin yeni əlaqələr yaratması üçün hazırlıq aparır. Bu halda Rusiya təkcə Minsk qrupunun iştirakçısı kimi deyil, həm də münaqişə tərəflərinin hər ikisi ilə strateji münasibətlərə sahib olan ölkə kimi problemin həllində əsas hərəkətverici gücdür”.

A. Lukaşeviç qeyd edib ki, indi həmsədrlər və ATƏT sədrinin bütün səyləri kövrək sülhün möhkəmləndirilməsinə yönəlib.

“Amma hər şey münaqişə tərəflərindən asılıdır. Fikrimcə, münaqişənin həlli üçün baza artıq formalaşıb”, - deyə o bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm