“London Respublikası” yaradılsın – MÜRACİƏT
Bizi izləyin

Dünya

“London Respublikası” yaradılsın – MÜRACİƏT

“Brexit”in (Böyük Britaniyanın Avropa Birliyindən ayrılması – red.) rəqibləri London meri Sadiq Xana Londonun müstəqil dövlət elan edilməsi xahişi ilə müraciət ediblər.

Publika.az xəbər verir ki, müraciəti 27 mindən çox London sakini imzalayıb. Sənədin müəllifi O'Melli Ceyms bildirib ki, London bütün dünyanın şəhəridir və Avropanın mərkəzi kimi qalmalıdır. O, Londonun “prezident” Sadiq Xan tərəfindən idarə olunan müstəqil respublika elan edilməsini təklif edib.

Müraciəti imzalayanların çoxu iddia edib ki, özlərində ingilis deyil, avropalının ruhunu hiss edirlər.

Qeyd edək ki, dünən keçirilən referendumda britaniyalıların 52 faizi Britaniyanın Avropa Birliyindən çıxmasına səs verib. Ölkə əhalisinin əksəriyyətindən fərqli olaraq London sakinlərinin 60 faizindən çoxu Britaniyanın Avropa Birliyinin tərkibində saxlanılmasına səs verib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm