Sərnişin avtobusu yandı - Ölənlərin sayı 30-a çatdı (YENİLƏNİB)
Bizi izləyin

Dünya

Sərnişin avtobusu yandı - Ölənlərin sayı 30-a çatdı (YENİLƏNİB)

Çinin Xunan vilayətində maneəyə çırpılmış sərnişin avtobusunun yanması nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb. Qeyd edək ki, hadisə İçjan yaşayış məntəqəsində baş verib. Avtobusun içərisində 56 nəfərin olduğu bildirilir.

10:28

Çinin Xunan vilayətində sərnişin avtobusunun yanması nəticəsində azı 7 nəfər ölüb.

Publika.az xəbər verir ki, bu barədə Sinxua agentliyi məlumat yayıb. Məlumata görə, hadisə İçjan yaşayış məntəqəsində baş verib.

İçərisində 56 nəfərin olduğu avtobusun yanması nəticəsində 20 nəfərin xəsarət aldığı bildirilir. Hazırda hadisə yerində xilasedicilər və həkimlər işləyir.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm